Deputatdan onkoloji xəstələrin müalicəsi ilə bağlı XƏBƏRDARLIQ

“Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyaclarının qarşılanması hələ də lazımi səviyyədə deyil”.

Bizim.Media xəbər verir ki, bunu deputat Rəşad Mahmudov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir:

“Burada xüsusilə onkologiya sahəsinə diqqət yönəltmək istəyirəm. Dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar.
 

Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır.


Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir”.

O bunların niyə vacib olduğuna aydınlıq gətirib:

“Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır.
 

Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir.


Onkoloji xəstələrə ümid olmaq, onların uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir. Bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər.

Hal-hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var.
 

Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq bizi əsas hədəfdən uzaqlaşdırır, çox vacib vaxtımızı alır, xəstənin yaşamaq haqqını riskə atır. İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz.


İTS-in rolu — dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil”.

Deputat, həmçinin, rezident həkimlərin əməkhaqqı məsələsinin də köklü həllini gözləyirik.

Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa Superkubokunun oyunu başqa ölkədə KEÇİRİLƏCƏK

Fransa Superkubokunun oyunu başqa ölkədə KEÇİRİLƏCƏK

Bakının 23 küçə və prospektində TIXAC VAR

Bakının 23 küçə və prospektində TIXAC VAR

Ankarada Ərdoğanla Zelenski arasında görüş KEÇİRİLİR

Ankarada Ərdoğanla Zelenski arasında görüş KEÇİRİLİR

İctimai nəqliyyatla bağlı YENİ QƏRAR – Köhnə avtobuslar TARİXƏ QOVUŞUR?

İctimai nəqliyyatla bağlı YENİ QƏRAR – Köhnə avtobuslar TARİXƏ QOVUŞUR?

Emin Mahmudov seçmə mərhələnin ən yaxşıları SIRASINDA

Emin Mahmudov seçmə mərhələnin ən yaxşıları SIRASINDA

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana səfərə DƏVƏT ETDİ

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana səfərə DƏVƏT ETDİ

Azərbaycanda bu il müştərilər restoranlarda 2 milyard manatdan çox pul xərcləyib

Azərbaycanda bu il müştərilər restoranlarda 2 milyard manatdan çox pul xərcləyib

SON DƏQİQƏ! Rəqsanə ev dustaqlığına buraxıldı - FOTO

SON DƏQİQƏ! Rəqsanə ev dustaqlığına buraxıldı - FOTO

Ukraynada 2 nazir korrupsiya qalmaqalından sonra istefaya göndərildi

Ukraynada 2 nazir korrupsiya qalmaqalından sonra istefaya göndərildi

Hakan Fidan: “Bir il ərzində Türkiyədən Suriyaya 550 mindən çox suriyalı qayıdıb”

Hakan Fidan: “Bir il ərzində Türkiyədən Suriyaya 550 mindən çox suriyalı qayıdıb”

ABŞ yeni planı İŞƏ SALDI - Zelenski bu yolla sülhə məcbur ediləcək

ABŞ yeni planı İŞƏ SALDI - Zelenski bu yolla sülhə məcbur ediləcək

Lavrov hara yoxa çıxıb? - İnsayderlər əsil səbəbi açıqladı

Lavrov hara yoxa çıxıb? - İnsayderlər əsil səbəbi açıqladı

Eldar Quliyev: “Abşeron İcra Hakimiyyəti 7 hektar boş ərazini kimlərinsə istifadəsinə verib”

Eldar Quliyev: “Abşeron İcra Hakimiyyəti 7 hektar boş ərazini kimlərinsə istifadəsinə verib”

200-dən çox vətəndaşın kart məlumatlarını ələ keçirən şəxs həbs edildi – VİDEO

200-dən çox vətəndaşın kart məlumatlarını ələ keçirən şəxs həbs edildi – VİDEO

Sahibkarların NƏZƏRİNƏ – Vergi güzəştləri ilə bağlı YENİ TƏKLİF

Sahibkarların NƏZƏRİNƏ – Vergi güzəştləri ilə bağlı YENİ TƏKLİF

Prezidentin qızları və gəlini sərgidə - FOTO

Prezidentin qızları və gəlini sərgidə - FOTO

Qaya Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti ilə GÖRÜŞDÜ – FOTO

Qaya Məmmədov ATƏT Parlament Assambleyasının prezidenti ilə GÖRÜŞDÜ – FOTO

“Şamaxı”nın futbolçusu xarici kluba KEÇƏ BİLƏR

“Şamaxı”nın futbolçusu xarici kluba KEÇƏ BİLƏR

Millət vəkilindən TƏKLİF: “Gəncədə də Bakıdakı kimi parkinq sistemi qurulsun”

Millət vəkilindən TƏKLİF: “Gəncədə də Bakıdakı kimi parkinq sistemi qurulsun”

Deputatdan onkoloji xəstələrin müalicəsi ilə bağlı XƏBƏRDARLIQ

Deputatdan onkoloji xəstələrin müalicəsi ilə bağlı XƏBƏRDARLIQ

Xalq artisti Roza Cəlilova dəfn edildi - YENİLƏNİB - VİDEO

Xalq artisti Roza Cəlilova dəfn edildi - YENİLƏNİB - VİDEO

Hikmət Hacıyev və Alison Huker Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı müzakirə etdi

Hikmət Hacıyev və Alison Huker Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı müzakirə etdi

Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU

Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU

Vəkillərə yeni hüquqlar verildi - FƏRMAN

Vəkillərə yeni hüquqlar verildi - FƏRMAN

End of content

No more pages to load

RADİO