Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası oldu - FOTO

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

Bizim.Media xəbər verir ki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb.

“Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”, - deyə bəstəkar əlavə edib.

Həm “Arşın mal alan”, həm də “Gülçöhrə və Əsgər” tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir.

Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib:
 

“Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir.


Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir”.

İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır.

“Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır”, - deyə aktrisa əlavə edib.

“Gülçöhrə və Əsgər”in tamaşaçısı, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib:

“Tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə və Əsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunur və izləyicidə güclü emosional təəssürat yaradır”.
 

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur.


Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

End of content

No more pages to load

RADİO