Prezidentin ailəsi "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimində - FOTO

Noyabrın 18-də "LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
 

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından formalaşdırmaq məqsədi daşıdığını deyib:


"Bu kitabı hazırlamaqda əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı, ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır. Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda oxu-yazı bacarığı hələ formalaşmır.

Ona görə də balacaların qavrama xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur.

Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr, sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr, həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət verilir".

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın ifadəsi olduğunu bildirib.

O, nəşri xaricdə yaşayan və böyüyən azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Göyərçin" jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri xatırladıblar.
 

Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.


Natiqlər "Azərbaycan dilini öyrənirik" kitabını tədris vasitəsi kimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdə düşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalı olacağına və bu cür layihələrin davamlı xarakter alacağına inamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitaba daxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsilə səsləndirilib.










































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

End of content

No more pages to load

RADİO