“Mançester Siti” Səid El-Malanın oyununu yaxından izləyir.
Bizim.Media xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Köln”ün sol cinah oyunçusu Səid El-Malaya maraq göstərir.
Məlumata görə, “şəhərlilər”in skautları son oyunlarda 19 yaşlı futbolçunu canlı izləyiblər.
Bundan başqa, “Köln”ün gənc vinger üçün 40 milyon avro tələb etdiyi bildirilir. Məlumata görə, futbolçu “Borussiya” (Dortmund ) və “Bavariya” klublarının da diqqət mərkəzindədir. Bununla yanaşı, daha öncə İspaniya mətbuatında “Barselona”nın mövsümün sonunda futbolçunu transfer etməyi düşündüyü məlumatları yayılmışdı.
Qeyd edək ki, bundesliqanın cari mövsümündə Səid El-Mala 10 matçda forma geyinib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media