9-cu sinif şagirdi tir tüfəngi ilə özünü güllələyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Qax rayonunun Əmbərçay kəndində baş verib. Kənd sakini Valeh Elnur oğlu baş nahiyəsindən xəsarət alıb.
Yaralı təcili əməliyyat olunmaq üçün Bakı şəhərinə aparılıb.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu