Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”

Əməkdar artist Yadigar Muradovun vəfatı sənət camiəsində böyük kədər yaradıb. Mərhumun yaxın dostu, Əməkdar artist Azad Şükürov Yadigar Muradovla bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Sənətçi bildirib ki, Yadigar Muradovla son görüşləri ötən ay yaxın qohumlarının toy mərasimində olub:

“Sonuncu dəfə onunla Rövşən müəllimin övladının toyunda görüşdük. Oturub söhbətləşdik, dərdləşdik. Biz tələbə yoldaşı və iş yoldaşı olmuşuq. Həmişə olduğu kimi, o gün də zarafatından qalmadı. Dedi ki, "bir şey qalmayıb, gedirəm". Mən də "nə danışırsan" dedim, sonra birlikdə gülüşdük. Ailəvi gediş-gəlişimiz var idi. Yadigar çox sədaqətli, peşəsinə ürəkdən bağlı olan bir insan idi".

Azad Şükürov Yadigar Muradovun Şuşaya xüsusi bağlılığından da danışıb:

“İçində böyük Şuşa sevgisi vardı. Şuşanın ilk azad olunduğu vaxtlar birlikdə ora səfər etdik. Deyirdi ki, "Allah qoysa, Şuşaya yenidən gedəndə orada “Arşın mal alan”ı oynayarıq". Təəssüf ki, bu arzusunu reallaşdıra bilmədi".

Qeyd edək ki, uzun illər Azərbaycan mədəniyyətinə xidmət edən Əməkdar artist Yadigar Muradov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!

Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

End of content

No more pages to load

RADİO