Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, qəza zamanı 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb.
Qəza zamanı “QAZel”də yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu