Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanıldı - FOTO/VİDEO

Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, artıq səfirliyin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində tədbirlərə start verilib. Qarşıdakı günlərdə digər abidələrin də mühafizəsi üzrə işlər həyata keçiriləcək. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.

“SOCAR Ukraine”nin əməkdaşı Andrey Pomiluiko açıqlamasında bildirib ki, son vaxtlar Kiyevdə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması abidələrin qorunmasını zəruri edib. “Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Bunlara Kiyevdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi, İrpen şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri daxildir. Hazırda bütün bu abidələrin yanğına davamlı brezentlə örtülməsi, ətrafının qum kisələri ilə möhkəmləndirilməsi və üzərinə taxta karkas quraşdırılması işləri aparılır.

Abidələrin fasad hissəsində isə onların konturunu əks etdirən banerlər yerləşdiriləcək”,- deyə Andrey Pomiluiko əlavə edib.

Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

End of content

No more pages to load

RADİO