Balakəndə su arxından meyit tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Katex kəndində qeydə alınıb.
Kənd sakini 58 yaşlı İsmayıl Balayevin meyiti kənd ərazisindəki su arxında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Qeyd olunur ki, mərhum tüfeyli həyat tərzi keçirib.
Bizim.Media