Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, kapitanın 28 vərəqlik yazılı müraciəti “Qafqazinfo”ya göndərilib.

FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.

Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub.

O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb:

“Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi.

Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə… Bir neçə dəfə də onun qardaşı
Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm.
 

Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov “Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm”, - deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki “zərərçəkmiş” üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü”.


Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: “Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi”.

Təqsirləndirilən kapitan digər zərərçəkmişləri elə R.Zeynalovun öyrətdiyini deyir. Onlardan biri də FHN-də şöbə müdiri işləmiş polkovnik-leytenant Yasin Muradovdur. Muradov da bir müddət ona faizlə pul verib.

Kapitan hətta generalı xaricdə yaşayan söyüş müxalifəti ilə əlaqəsinin olması ilə ittiham edib. Həmin bloqerlərdən biri vasitəsilə ona qarşı internet üzərindən qarayaxma aparıldığını müraciətində qeyd edib. O, dörd divar arasından yazdığı müraciəti ilə ictimaiyyətin diqqətini bu məsələyə çəkməyi, cinayət işinin dərindən araşdırılmasını istəyir.

Qeyd edək ki, iş hazırda Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılır. A. Bayramova xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilmiş ittiham sübuta yetirilsə, onu 14 ilə kimi həbs gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO