Gəncədə iki nəfər arasında mübahisə sonda qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
1988-ci il təvəllüdlü Tural İsmayılov bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə çatdırılıb.
O, dərhal əməliyyat olunub, vəziyyətinin stabil olduğu bildirilir. İlkin məlumata görə, Tural İsmayılovu qonşusu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu