Noyabrın 9-da Şəki rayonunun İnçə kəndi ərazisində baş verən qəzada altı nəfər müxtəif dərəcəli bədən xəsarətləri almışdı.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet”in sürücüsü, 35 yaşlı Famil Şəmiyev Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Həkimlərin tövsiyyəsi ilə Famil Şəmiyev paytaxtdakı xəstəxanaya göndərilmişdi.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu