AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.
 

Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərir, maarifləndirmə tədbirləri təşkil edir.


Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK-in apardığı islahatları və tətbiq etdiyi yenilikləri yüksək dəyərləndirib.

Tədbirdə iki qurum arasında əlaqələrin əhəmiyyətindən bəhs edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsini, hüquqi maarifləndirmə tədbirlərinin artırılmasını, bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
 

Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.


Sonra Vəkillər Kollegiyasının nümayəndələri "Kurort" Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Xınalığa da qar yağır – FOTO/VİDEO

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var - VİDEO

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTIB

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Yer fıstığı ilə bağlı yeni maraqlı FAKT: Poladdan 200 dəfə daha möhkəm...

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO