Bakıda fəaliyyət göstərən 170 nömrəli marşrut xəttindən narazılıq var.
Bizim.Media xəbər verir ki, sərnişinlər deyirlər ki, hər gün avtobuslarda gecikmə halları yaşanır, nəticədə, saatlarla yollarda gözləyirlər.
Şikayətçilərin sözlərinə görə, təkcə günün pik vaxtlarında deyil, günorta saatlarında da gecikmə baş verir.
Lakin marşrut xəttinin sürücüləri əksini iddia edir. Onların sözlərinə görə, gecikmə yalnız tıxac zamanı olur.
Məsələ ilə bağlı marşrutun sahibi "Xaliq Faiqoğlu" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, gecikmələrin baş verməsinə səbəb tıxacdır.
MMC-dən o da bildirlib ki, tıxac olmayan saatlarda 170 saylı marşrut xəttində 15 avtobus 8-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media