Deputatlar Anar İsgəndərov, Rəşad Mahmudov, Maşhur Məmmədov və Fariz İsmayılzadə, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn vətənpərvər insanlar Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Pəncəli Teymurovun Astara rayonunun Əzərüd kəndindəki məzarını ziyarət ediblər və ailəsinə baş çəkiblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ev muzeyinin qarşısında keçirilən anım tədbirində şəhidin şərəfli həyat yolu və vətən uğrunda göstərdiyi xidmətlər xatırlanıb.
Tədbirdə Prezident İlham Əliyevin şəhidlərimizin xatirəsinə göstərdiyi diqqət və qayğıdan ehtiramla danışılıb.






Sabutay, Bizim.Media, Cənub bürosu.