Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gedib.
Bizim.Media xəbər verir ki, Daşkənd küçələri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Həmçinin Özbəkistan paytaxtında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə Azərbaycanın iştirakına həsr olunan atəşfəşanlıq keçirilir.
Bizim.Media