Şəkidə cinayət hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu