"Muğam müsabiqəsi"ndə münsiflər eyni xal verirlər, nəyinə baxım?"

Xalq artisti Alim Qasımov IX “Muğam” Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Daha aydın" layihəsində danışıb.

A.Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib:

"Münsif olmağımla bağlı təkliflər var. Lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən incisinlər. Sonra özümü danlayıram ki, "bu, sənə lazim idi?".

Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, "yekə kişisən, onu niyə pərt etdin?". Bunların dərdindən ac qarnım, dinc başım. Bu elə birşeydir ki... Yaxşı ki, tarixin dayısı yoxdur. Mən sağ olanda dayılıq edə bilərəm ki, düşüm tarixə. Amma öləndən sonra tarix dəniz kimi təmizləyib artıqları sahilə atacaq. Tarix var-dövlət, rüşvətlə əmələ gəlmir. Bu sənəti seçmək də olar, müsabiqədə qalib gəlmək də mümkündür, amma nə olsun? İstedad varsa, müsabiqəsiz də bu sənətdə olacaq. İstedad elə bir şeydir ki, Allahdan gəlir. Onun qarşısını heç kəs kəsə bilməz".

Alim Qasımov müsabiqədə həmkarlarının iştirakçılara verdiyi xalları səmimi qəbul etmədiyini vurğulayıb:

"Həmin müsabiqəyə ciddi baxmıram. Seçimlərdə ədalətsizliyin olması ilə bağlı heç nə deyə bilmərəm. Çünki heç baxmıram, qarışmıram da. Çünki ürəklə etmirlər. Biri 9 xal verir, hamı da eyni. Bunun nəyinə baxım? Biri 3, o biri 5, digəri 10 verməlidir. Mübahisəli nəsə olanda deməli orada həqiqət var. Hərənin öz fikri olmalıdır. Orada münsiflər bir-birilərinə hörmət edirlər".

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, bu il finalda təqdim olunan diplomdan imtina edib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

G7 İranla münaqişə fonunda mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına ÇAĞIRDI

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

BŞİH: Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

“Real” bu futbolçu yollarını ayıracaq

“Real” bu futbolçu yollarını ayıracaq

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Qubada 10-dan çox həyəti çirkab suları basıb - FOTO/VİDEO

Qubada 10-dan çox həyəti çirkab suları basıb - FOTO/VİDEO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

İkardi “Qalatasaray”dan ayrıla bilər

İkardi “Qalatasaray”dan ayrıla bilər

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

"Mahnı sözləri həyatıma təsir edir"

"Mahnı sözləri həyatıma təsir edir"

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

End of content

No more pages to load

RADİO