Hacıqabul rayonunda itkin düşən 72 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılburun kəndində qeydə alınıb.
Belə ki, iki gün bundan öncə itkin düşən kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Xanzaman Əlibala oğlunun meyiti yaşadığı evin bağında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media