Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun atası Rəşid İbrahimov məlumat verib.
Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Mərhumun yas mərasimi noyabrın 16-sı Təzəpir məscidində keçiriləcək.
Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.
O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.
Bizim.Media