Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.
Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.