Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bunu “apa.az”ın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
MÖVZU İLƏ BAĞLI:
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO
XİN rəsmisi diqqətə çatdırıb ki, səfirlik əməkdaşlarının təxliyəsi nəzərdə tutulmur.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb.
Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, bu zərbə insan tələfatına səbəb olmayıb.
Hadisə ilə bağlı Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyaya nota verilib.
Bizim.Media