ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Bizim.Media