"Müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək" - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək. 

Bizim.Media xəbər verir ki, nazirin açıqlaması ilə bağlı Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirib ki, yeni sistem heç bir müəllimi qane etməyəcək:

"Həm məktəb müəllimi, həm də repetitoram. 

Emin müəllim heç vaxt özünün aldığı maaşın yarısını məktəb müəlliminə verə bilməyəcək. Ona görə də mən düşünürəm ki, repetitor müəllim hal-hazırda öz üzərində işləyən, özünü təkmilləşdirən, inkişaf etdirən bir müəllimdir. Çünki repetitor repetitorluq sahəsində özünü tanıdan, özünü inkişaf etdirən müəllimlə özünü səviyyə baxımından ölçür. Ona görə özünü daim inkişafda saxlayır. 

Mən düşünürəm ki, bu tipli müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək.

Hazırda sizə müsahibə verə-verə dərsdən sonra repetitor kimi fəaliyyətimi davam etdirirəm. 14:30-dan 19:00-a qədər dərsdə oluram. Mən ailəmi bu sahə ilə maliyyələşdirirəm. Məktəbdən aldığım 500-600 manat maaşı mən bir xəstəxanaya girib bir analizim üçün verib çıxıram.

Düşünürəm ki, bu, heç bir müəllimi qane eləməyəcək. Əgər Emin Əmrullayevin bu qərarı həyata keçəcəksə, mən bir müəllim olaraq könüllü şəkildə işimdən imtina edəcəm".

Müsahibimizin fikrincə, müəllimlər çox sıxışdırılır, üzərinə çox düşülür:

"Bir məsələni həll etmək üçün biz nəticəyə yox, səbəbə köklənməliyik. Emin müəllim bizim nazirimizdir, mənim Emin müəllimə böyük hörmətim var. Amma ola bilsin ki, işin çoxluğundan Emin müəllimin də bir az fikirlərində qarışıqlıq yaranıb. Yəni əsas səbəbə köklənmək lazımdır. Nəyə görə məktəbdə dərs yoxdur, nəyə görə məktəbdə sistem qura bilmirlər. 

Əsas məsələlərə toxunmaq lazımdır. Birbaşa müəllimə zaman məhdudiyyəti qoymaqla əsəbinə toxunmaq, sinirinə toxunmaq düzgün bir qərar deyil. Onsuz da təhsil üçün verilən qərarlar, çox təəssüflər olsun, düzgün verilmir. İnşallah ki, gələcəyimiz olan uşaqlarımızın xeyrinə qərarlar verilər".

Emma İbrahimova hesab edir ki, bir müəllim işləməyəcəksə, onu bir saat yox, beş saat da məktəbdə saxlasan, həmin müəllim olmayacaq:

"Bu saat fərqinin, işləməyən, inkişaf etməyən, savadı olmayan müəllim üçün heç bir fərqi yoxdur. Əksinə onlar müəllimin məvacibini qaldırmalıdır. Müəllimə dəyər verməlidir ki, müəllim sinifə girəndə özünü əsl müəllim kimi, dəyərli hiss etsin. Yoxsa müəllim sinifə girib, aptekə girib alacağı müalicənin pulunu hesablamasın, onun fikri ilə dərs keçməsin. Mən belə müəllimlər tanıyıram. 

Bu məsələ çox geniş məsələdir. Mən bu qərarla qəti şəkildə razı deyiləm. Əgər elə bir qərar da olsa, ilk növbədə məktəbdən imtina eləyən müəllim mən özüm olacam. Mənim repetitorluqdan qazandığım pulu mənə saat 6-ya qədər verəcəklər?".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO