Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.
 

Hərbi rituala uyğun olaraq hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin yad edilməsi ilə başlayan mərasimdə Dövlət Himni ifa olunub.


Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Mərasimdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər. Sonra hərbi andiçmə münasibətilə əsgərlərə ünvanlanan təbrik çatdırılıb.
 

Təbrikdə hərbi andı qəbul edən gənc əsgərlərin qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, həmçinin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.


Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Bakıda qaz xəttində yanğın OLDU

Bakıda qaz xəttində yanğın OLDU

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Noyer karyerasını başa vurmaq istəyir

Noyer karyerasını başa vurmaq istəyir

Moldovada “Rus Evi” BAĞLANDI

Moldovada “Rus Evi” BAĞLANDI

Nüşabə QƏZƏBLƏNDİ: “Hərə əlinə bir kart alıb dilənir” - FOTO

Nüşabə QƏZƏBLƏNDİ: “Hərə əlinə bir kart alıb dilənir” - FOTO

Gəncədə 6 yaşlı piyadanı maşın vurdu

Gəncədə 6 yaşlı piyadanı maşın vurdu

Rusiyanın Su-30 qırıcısı qəzaya uğradı - Həlak olanlar var

Rusiyanın Su-30 qırıcısı qəzaya uğradı - Həlak olanlar var

Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

End of content

No more pages to load

RADİO