Gəncədə azyaşlı piyadanın xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, Gəncə sakini, 2019-cu il təvəllüdlü A.Əlizadəni vurub.
Bədən xəsarəti alan 6 yaşlı qız xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu