Vətən müharibəsi qəhrəmanlarının övladlarının İstanbula səfəri təşkil edildi - FOTO

Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edən növbəti sosial-humanitar layihə həyata keçirildi. 09-13 noyabr 2025-ci il tarixlərinində Şəhid övladlarının Zəfərin 5 illiyi münasibətilə İstanbul şəhərinə səfəri baş tutmuşdur.

Bizim.Media xəbər verir ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərinin Qaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) tərəfdaşlığı ilə həyata keçirilmişdir.

8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan səfər 2025-ci il 9 noyabr tarixində İstanbul şəhərinə yola düşməklə başlamışdır.
 

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək göstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi və milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.


Səfər çərçivəsində 10 noyabr 2025-ci il tarixində nümayəndə heyətinin üzvləri Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Anım Mərasimində, eləcə də İstanbul şəhərində yerləşən Şəhid Anıl Kaan Aybek adına məktəbdə təşkil olunmuş xatirə tədbirində iştirak etmişlər.

Qonaqlar daha sonra Gaziosmanpaşa Kaymakamlığı Hökumət Konağını ziyarət etmiş, Qaziosmanpaşa kaykakamı İsgəndər Yöndən şəhid övladlarını qəbul etmiş, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparmışdır.

11 noyabr 2025-ci il tarixində iştirakçılar ilə Gaziosmanpaşa bələdiyyəsində görüş təşkil olunmuş, Gaziosmanpaşa bələdiyyəsinin təşkilatçılığı ilə musiqi saatı və iştirakçılar üçün vörkşop keçirilmişdir.
 

12 noyabr 2025-ci il tarixində isə Gaziosmanpaşa Kızılay şöbəsinə ziyarət təşkil olunmuş, İstanbul Valisi Davut Gül ilə görüş keçirilmişdir. Görüş zamanı Davut Gül bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunmasi ilə davam etdiriləcəyini bildirmiş, Azərbaycan və Türkiyə şəhid övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğunu vurğulamışdır.


Proqram çərçivəsində iştirakçılar Yerəbatan Sarıncı muzeyinə,Topqapı sarayına, Dolmabahçe sarayına, Ayasofya Camisinə baş çəkmiş, vaxtlarının daha da səmərəli və əyləncəli keçməsi məqsədi ilə Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti,İstanbul boğazda tekne turu təşkil edilmişdir.

Təşkil olunmuş səfərin sonunda iştirakçılara Gaziosmanpaşa kaymakamlığı tərəfindən sertifikat və hədiyyələr təqdim olunmuşdur.
 

Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənlinin müşayiəti ilə baş tutmuşdur.


Bu layihə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailə üzvlərinə göstərilən mənəvi, sosial və ictimai qayğının daha bir bariz nümunəsidir. Həmçinin layihə Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmlənməsinə, gələcək nəsillərdə vətənpərvərlik və qardaşlıq hisslərinin gücləndirilməsinə xidmət edir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

End of content

No more pages to load

RADİO