Azərbaycanın əqli mülkiyyət sahəsində dövlət siyasəti örnək göstərilib

Moskvada Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında “Rusiyanın dövlət idarəçiliyi üçün elm” adlı II Beynəlxalq Konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransda Avrasiya məkanında əqli mülkiyyətin dövlət idarəçiliyində rolu haqqında məruzələr edilib və Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsindəki dövlət siyasəti xüsusilə örnək göstərilib.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının əməkdar hüquqşünası, birinci dərəcəli dövlət müşaviri, keçmişdə RF Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri, hazırda Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev Avrasiya məkanında əqli mülkiyyət məsələlərinin regional tənzimlənməsi ilə bağlı məruzəsində müəllif hüquqları və əlaqəli hüquqların, eləcə də sənaye mülkiyyəti hüquqlarının idarəçilik funksiyalarını cəmləşdirən, əqli mülkiyyət sahəsində dövlət siyasətini formalaşdıran və zəruri tədbirləri hazırlaya bilən vahid icra orqanının təsis edilməsinin vacibliyini vurğulayıb.

İvliyev Rusiyada belə bir vahid qurumun olmadığına diqqət yetirərək, bu sahədə Azərbaycan Respublikasının uğurlu təcrübəsindən yararlanmağı tövsiyə edib.

O, “Avrasiya məkanında Əqli Mülkiyyət Məsələlərinin Regional Tənzimlənməsi” adlı məruzəsində Azərbaycan Respublikasını nümunə göstərərək, 2018-ci ildə Azərbaycanda yaradılan Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyətin bütün sahələrində uğurlu idarəetmə təcrübəsindən söz açıb.

Qriqori İvliyev Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun nüfuzlu beynəlxalq “Промышленная собственность” (“Sənaye mülkiyyəti”) jurnalında dərc olunan “Müasir Əqli Mülkiyyət İdarəsinin formalaşdırılması və fəaliyyəti haqqında” məqaləsinə istinad edərək bildirib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı institusional islahatlar çərçivəsində əqli mülkiyyət fəaliyyətinin səmərəliliyini artırmaq və innovasiya prosesinə daxil etmək məqsədilə 2018-ci ildə ləğv olunan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki Patent mərkəzi ilə Müəllif Hüquqları Agentliyinin birləşdirilməsi nəticəsində Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılıb. Beləliklə, əqli mülkiyyətin hər iki qolu idarə etmək üçün vahid qurum təsis olunub və bu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə icra hakimiyyəti orqanlarına bərabər müstəqil status alıb.

“Azərbaycan dövlət siyasətinin təcrübəsinə əsasən, əqli mülkiyyətin idarə edilməsi sistemi yaradılarkən, ənənəvi hüquqi anlayışla yanaşı, iqtisadi və sosial-mədəni aspektləri də əhatə edən əqli mülkiyyətin müasir anlayışını nəzərə almaq vacibdir və burada sənaye mülkiyyətinin və müəllif hüquqlarının tək bir çətir altında cəmləşməsinin zəruriliyi aydın görünür”, - İvliyev qeyd edib.
 

Məruzəçi statistikaya istinad edərək bildirib ki, hazırda 98 ölkədə əqli mülkiyyət idarələri vahid bir qurum altında fəaliyyət göstərir: “Bunlardan 37 ölkədə əqli mülkiyyət idarələri daha yüksək statusa malik digər qurumlara daxil deyil və onlara tabe olmur. 37 inkişaf etmiş ölkə arasında Azərbaycan xüsusi yer tutur. Bu uğurlu təcrübə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində Azərbaycanda əqli mülkiyyət sisteminin təkcə hüquqi funksiyaları deyil, həm də iqtisadi, sosial-mədəni funksiyaları yerinə yetirməsindən irəli gəlir”.


Tədbirdə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının rektoru Aleksey Komissarov, Rusiya Prezidentinin İcra Aparatının Prezident Kitabxanasının baş direktoru Yuri Nosov və başqaları iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

End of content

No more pages to load

RADİO