Noyabrın 15-dən etibarən Bakı şəhəri və regionlarda istilik mövsümü başlayır.
Bizim.Media xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı oxu.az-a açıqlamasında bildirilib ki, ölkə ərazisində ümümilikdə 449 məktəb və bağça, 3800 bina (təqribən 185 min mənzil), 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyektləri istilik ilə təmin olunacaq.
"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır.
Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Xaçmaz, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.
Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var, noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq".
O əlavə edib ki, işğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb:
"Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub".
Bizim.Media