Ağdam rayonunda tikintidə bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən inşaat sahəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Sabir Camili hərəkətdə olan beton qarışdıran maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media