Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Rövşən Vəliyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub.
O, dərhal əməliyyaa götürülüb, vəziyyəti stabil hesab olunur.
Hadisəni törədən şəxsin müəyyən olunması istiqamətində polis əməkdaşları müvafiq əməliyyat tədbirləri həyata keçirir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu