Azərbaycanda şüşə məmulatlarının qəbulu məntəqələri açılır

“Təbii resurslardan səmərəli istifadə, ətraf mühitin qorunması və şüşə tullantılarının idarə edilməsinin optimallaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Bərk məişət tullantılarının çeşidlənməsi zavodu ərazisində şüşə qəbulu məntəqəsi fəaliyyətə başlayıb”.
 
Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Zaur Zeynalov bildirib.
 
Onun sözlərinə görə, istənilən idarə, müəssisə və fiziki şəxslər mövcud vəziyyətindən asılı olmayaraq bütöv və sınıq halda olan şəffaf və rəngli şüşə tullantılarını qəbul məntəqələrinə təhvil verə və əvəzində ödəniş əldə bilərlər: “Həyata keçirilən layihə ölkə ərazisində ətraf mühitin, atmosfer havasının çirkləndirilməsinin qarşısının alınmasında, mövcud resurslardan səmərəli istifadənin təşviqi istiqamətində, eyni zamanda tullantıların təkrar emala yönləndirilməsi sahəsində atılan növbəti mühüm və əhəmiyyətli addımdır”.
 
Nazir müşaviri bildirib ki, şüşə tullantılarından istifadə etməklə 20-30 faiz enerji qənaətinə, karbon tullantılarının 20-50 faiz, atmosfer havasının çirklənməsinin 20 faiz, suyun çirklənməsinin 40-50 faiz azalmasına, o cümlədən tullantı poliqonlarının yüklənməsinin minimuma endirilməsinə səbəb olur: “Belə ki, 1 ton şüşə məmulatlarının hazırlanması üçün ortalama 1,2 ton təbii xammal sərf edilir. Şüşə tullantılarının təkrar istehsala yönləndirilməsi layihəsinin daha geniş miqyas alması üçün şüşə qəbulu məntəqələrinin sayı artırılacaq. Tullantısız istehsal, təmiz ətraf mühit, təbii ehtiyatlardan səmərəli istifadə naminə ölkəmizdə belə layihələrin icrası davam etdiriləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

İranda matəm elan edildi

İranda matəm elan edildi

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Tehran hazırda - ANBAAN VİDEO

Tehran hazırda - ANBAAN VİDEO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

İcra başçısına ağır itki - FOTO

İcra başçısına ağır itki - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

İranda 38 polis öldürülüb - VİDEO

İranda 38 polis öldürülüb - VİDEO

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Məşhur müğənni 34 yaşında vəfat etdi

Məşhur müğənni 34 yaşında vəfat etdi

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

End of content

No more pages to load

RADİO