Bu gün Qusar Peşə Liseyinin yeni direktoru Xatirə Nağıbəyova kollektivə təqdim edilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, təqdimat mərasimində Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Kənan Həsənli iştirak ediblər.
Qeyd edək ki, Xatirə Nağıbəyova bu vəzifəyə təyin olunmazdan əvvəl Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində çalışıb.
31 il bu vəzifədə çalışan Xatirə Nağıbəyova ondan Qusar rayon mədəniyyət şöbəsində inspekror işləyib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.