Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı keçirən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb. Onun yaxınlarının sözlərinə görə, əməliyyatı həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.
 

6 aydır ki, koma vəziyyətində olan N.Budaqlının yaxınları həkimlərin cəzasını çəkməsini və dəymiş ziyanla bağlı öhdəliklərinin yerinə yetirilməsini istəyirlər.


Bu, “MedAura”a xəstəxanasında baş verən ilk belə hal deyil. Bundan öncə də dəfələrlə klinika barədə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb.

Anesteziya edildikdən sonra ölüb...

Bizim.Media klinikada baş verən bu hadisələri araşdırıb.

25 oktyabr 2019-cu ildə "MedAura" klinikasında estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.
 

2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədovanın yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yaranıb. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədovanın əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.


Nəticədə o, ikinci dəfə əməliyyata girməli olub. İkinci dəfə əməliyyat isə adətən 4-5 mindən başladığından şikayətçiyə ikiqat ziyan dəyib.

Onu  "MedAura"nın həkimi Kəmalə Mirzəyeva əməliyyat edib.

6 avqust 2024-cü ildə Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.

Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

İki əməliyyatı da uğursuz olub...

18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent "MedAura" klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib.

Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.
 

Bir müddət mübarizədən sonra ikinci əməliyyat elə həmin xəstəxanada baş tutub. İkinci əməliyyat lor-həkim Yaqub Əhədi tərəfindən edilib. Lakin ikinci əməliyyat da uğursuz olub.


Bundan sonra qadın bir müddət tibbi maskada həyatını davam etdirməli olub. Üçüncü əməliyyat üçün isə digər xəstəxanalar 7-8 min pul istəyib. Şikayətçi klinikadan kompensasiya istəsə də, onun tələbinə baxılmayıb. 

Bədəni çürüyüb...

Bu il yanvarın 14-də Fərizə Hacıyeva adlı vətəndaşı sözügedən klinikanın həkimi Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah işləyir. 

Üzü tanınmaz hala düşüb...

Bu ilin 24 fevralında  Günay  Məmmədova adlı pasiyenti  “MedAura” klinikasının baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib. Nəticədə pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb.

Şikayətçi bildirir ki, Nigar Məhəmmədova və köməkçisi Yaqub onu aldadıb. Ona 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozda saxlayıb əməliyyat ediblər. Bir ay ərzində pasiyenti iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğasına) müdaxilə olunub.

Çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başında?

12 iyun Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah, eyni zamanda “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova tərəfindən abdominoplastika və liposaksiya əməliyyatına salınıb.
 

Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.


*Bu ilin oktyabrında xəstəxana ilə bağlı daha bir detal üzə çıxıb. Belə ki,  "MedAura” Klinikasında külli miqdarda vergi borcu yarandığı aşkarlanıb. Klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu olduğu məlum olub.

Uğursuz əməliyyatları ilə seçilən klinika niyə bağlanmır?

Qeyd edək ki, “MedAura”  Klinikası  2010-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı "Nihat Klinika” MMC olub. 2018-ci ildən isə "MedAura” Klinika  MMC adlandırılır.

Klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi məlum olub.

Klinikanın qanuni təmsilçisinin  İsbiyev Mübariz Qabil oğlu olduğu bildirilir. Klinikanın sahibi isə Nihat Zeynallıdır.
 

Onu da qeyd edək ki, haqqında kifayət qədər şikayət olan Nigar Məmmədovanın adı Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almayıb.


Xatırladaq ki, Nigar Məhəmmədovanı vəzifəsində bu ilin yayında Mirəzim Zaidov əvəzləyib.

Faktlardan göründüyü kimi, xəstəxanada  uğursuz əməliyyatların sayı kifayət qədərdir. Lakin bununla belə klinika fəaliyyətini davam etdirir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

Ağdamda fəhlə betonqarışdıran maşının altında qalıb öldü

Ağdamda fəhlə betonqarışdıran maşının altında qalıb öldü

Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

Bu əməkdaşların işdən çıxarılması - Qadağandır!

Bu əməkdaşların işdən çıxarılması - Qadağandır!

Meyxanaçı Vahid Qədim saxlanıldı – VİDEO

Meyxanaçı Vahid Qədim saxlanıldı – VİDEO

Azərbaycan klubu Estoniyada MƏĞLUB OLDU

Azərbaycan klubu Estoniyada MƏĞLUB OLDU

AMEA-nın vəzifəli şəxsi vəfat etdi - FOTO

AMEA-nın vəzifəli şəxsi vəfat etdi - FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN OLUNDU - FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN OLUNDU - FOTO

Şəhid atası: “Dedi ki, sənə Azərbaycandan çay almışam...” – FOTO/VİDEO

Şəhid atası: “Dedi ki, sənə Azərbaycandan çay almışam...” – FOTO/VİDEO

“Nərimanov” stansiyasının çıxışlarından biri bu tarixədək BAĞLI QALACAQ – FOTO

“Nərimanov” stansiyasının çıxışlarından biri bu tarixədək BAĞLI QALACAQ – FOTO

Göygölün yeni başçısı bu məmurun oğludur - FOTO

Göygölün yeni başçısı bu məmurun oğludur - FOTO

İlham Əliyev: “Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib”

İlham Əliyev: “Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib”

Tehran metrosunda etiraz: Pəhləvi sülaləsinin bayrağı dalğalandırıldı – VİDEO

Tehran metrosunda etiraz: Pəhləvi sülaləsinin bayrağı dalğalandırıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirildi - VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirildi - VİDEO

Kəşfiyyat məlumatları İFŞA OLDU - Rusiya bu tarixdə Avropaya HÜCUM EDƏCƏK – SENSASİON DETALLAR

Kəşfiyyat məlumatları İFŞA OLDU - Rusiya bu tarixdə Avropaya HÜCUM EDƏCƏK – SENSASİON DETALLAR

Şirvanda DƏHŞƏT - Ata 11 yaşlı oğlunu çəkiclə öldürmək istədi

Şirvanda DƏHŞƏT - Ata 11 yaşlı oğlunu çəkiclə öldürmək istədi

ABŞ-dan olan kilsə nümayəndələri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

ABŞ-dan olan kilsə nümayəndələri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

“Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı – FOTO

“Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı – FOTO

Alen Simonyanı təhqir edən blogerlər belə saxlanıldı - VİDEO

Alen Simonyanı təhqir edən blogerlər belə saxlanıldı - VİDEO

“Nə yaxşı ki, kasıb olmuşam”

“Nə yaxşı ki, kasıb olmuşam”

Sevdiyi qıza qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi

Sevdiyi qıza qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi

Varlılar pul ödəyərək dinc sakinləri əyləncə üçün güllələyiblər - DƏHŞƏTLİ TARİX

Varlılar pul ödəyərək dinc sakinləri əyləncə üçün güllələyiblər - DƏHŞƏTLİ TARİX

Rubio: Rusiyaya qarşı yeni sanksiya imkanı demək olar ki, tükənib

Rubio: Rusiyaya qarşı yeni sanksiya imkanı demək olar ki, tükənib

Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

End of content

No more pages to load

RADİO