Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO

Türkiyənin şərqində Orta Dəhlizin mühüm halqasına çevriləcək Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin (Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir) fəal şəkildə həyata keçirilməsi davam etdirilir.

Bizim.Media xəbər verir ki, hazırda layihə üçün bölgədə iki böyük tikinti sahəsi yaradılır: İğdır vilayətinin Suveren rayonunda və Qarsdakı Diqorda. Bundan başqa, daha dörd kiçik ölçüdə tikinti sahəsinin də işə salınması planlaşdırılır.

Yolun salınması üçün relslər Qars vilayətinə daşınır, burada böyük texniki baza yaradılıb. Ümumilikdə, hər biri 36 metr uzunluğunda ən azı 60 min ton relsin Türkiyənin şərqinə çatdırılması planlaşdırılır.

Qars ilə Naxçıvan arasında çəkiləcək dəmir yollarının ümumi uzunluğu 1 milyon metrə çatacaq.

Bu günə qədər layihədə iştirak edən işçi və mühəndislərin sayı 500-ə çatıb, tikintinin pik nöqtəsində isə bu rəqəm 1500 təşkil edəcək.

Yeni dəmir yolu marşrutunda ümumi uzunluğu 11,5 km olan beş tunel qazılacaq, 50 metr hündürlüyündə bir neçə viaduk tikiləcək, eləcə də 20-dən çox yerüstü keçid inşa ediləcək.

Layihə üçün xüsusi olaraq beton zavodu işə salınacaq, xammal Türkiyənin özündən tədarük ediləcək.

Bütövlükdə, Qarsdan Naxçıvan sərhədinə qədər yol boyunca bir neçə dəmir yolu stansiyası açılacaq: Diqora, Tuzluc, İğdır, Aralık və Dilucu.

Dəmir yolu elektrikləşdiriləcək, bunun üçün marşrut boyunca altı böyük transformator yerləşdiriləcək.

Qarsa gedən qatarların sürəti saatda 160 km-ə qədər çatacaq.

Araz çayı üzərindəki dəmir yolu körpüsünün “Kalyon” və “Cengiz inşaat” şirkətlərinin birgə səyləri ilə inşa edilməsi planlaşdırılır.

Dəmir yolunun 2029-cu ilin sonlarında istismara verilməsi planlaşdırılır.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, yeni dəmir yolu ildə 5,5 milyon sərnişin və 15 milyon ton yükün daşınmasına imkan verəcək.

Nəqliyyat Nazirliyi həmçinin Qarsdan muxtar respublikaya dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun Zəngəzur dəhlizinin açılışından sonra daha da artacağı gözlənilir.

Türkiyə Maliyyə Nazirliyi bundan əvvəl bu vacib infrastruktur layihəsinin həyata keçirilməsi üçün 2,4 milyard avro xarici kreditin ayrılmasını razılaşdırıb. (Azərtac)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynimiz bizə OYUN oynayır - Duşda olarkən niyə zəng səsləri eşidirik?

Beynimiz bizə OYUN oynayır - Duşda olarkən niyə zəng səsləri eşidirik?

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA

Məşhur cütlük yenə ayrıldı

Məşhur cütlük yenə ayrıldı

Pakistanda törədilən terror aktında ölənlərin sayı 12-yə ÇATDI – VİDEO

Pakistanda törədilən terror aktında ölənlərin sayı 12-yə ÇATDI – VİDEO

İranda qurumuş su anbarından 74 cəsəd tapıldı – Meyitlər xalçaya bükülü halda atılıb

İranda qurumuş su anbarından 74 cəsəd tapıldı – Meyitlər xalçaya bükülü halda atılıb

Əkrəm İmamoğluna 2 min 352 il HƏBS tələb olundu

Əkrəm İmamoğluna 2 min 352 il HƏBS tələb olundu

Türkiyə helikopteri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb –VİDEO

Türkiyə helikopteri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb –VİDEO

Ermənistanlı nazir: Azərbaycandan keçib gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram

Ermənistanlı nazir: Azərbaycandan keçib gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram

“Çöp” qalma MİFİ – Müasir tibb YOX, xalq ÜSULU?

“Çöp” qalma MİFİ – Müasir tibb YOX, xalq ÜSULU?

Suraxanıda binada yanğın – Ölən var

Suraxanıda binada yanğın – Ölən var

Teatr tamaşalarının hazırlanmasına yarım milyon manat ayrılıb

Teatr tamaşalarının hazırlanmasına yarım milyon manat ayrılıb

Baxçalı Azərbaycanı belə TƏBRİK ETDİ – VİDEO

Baxçalı Azərbaycanı belə TƏBRİK ETDİ – VİDEO

Bakıda uşaq mərkəzində yanğın olub

Bakıda uşaq mərkəzində yanğın olub

Əməkdar artist KOMAYA düşdü

Əməkdar artist KOMAYA düşdü

Türkiyədə körpü çöküb – Ölənlər var

Türkiyədə körpü çöküb – Ölənlər var

Azərbaycan-İslandiya matçının hakimləri açıqlandı

Azərbaycan-İslandiya matçının hakimləri açıqlandı

Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO

Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO

İşdən icazə almaq asanlaşacaq

İşdən icazə almaq asanlaşacaq

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

End of content

No more pages to load

RADİO