Həyət evi olanlara su pulu ilə bağlı BƏD xəbər

İqtisadçı deyir ki, limitlər aylıq hesablansa, qiymətlər artacaq; ""Aşağı qiymət"i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər"

Azərbaycanda qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Yada salaq ki, qaz və elektrik enerjisi üzrə artıq sabit tarif mexanizmi qüvvəyə minib. Suda da eyni qaydada diferensial qiymət mexanizminin tətbiqi gözlənilir. Hazırda qaz üçün limit 1200 kubmetrdir və bu, nəzərdə tutulan illik limitdir. Elektrik enerjisində isə aylıq minimal limit 300 kVt/saat təşkil edir. İçməli suyun 1 kubmetri əhali üçün 70 qəpik, kanalizasiya xidməti isə 30 qəpikdir. Yəni kanalizasiya sistemi olan ev təsərrüfatlarında suyun hər kubmetrinə görə 1 manat ödəniş edilir.

Bizim.Media xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov da Modern.az-a deyib ki, yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir. Belə olduqda tarif artımı hamıya eyni dərəcədə təsir etməyəcək. Aşağı limitdə artım daha az olacaq: “Məsələn, ən aşağı əhali qrupu üçün gələcəkdə nəzərdə tutulan limitin 70 qəpik qalması mümkündür və bu, illik 30-40 ton su sərfiyyatına hesablanacaq. Hazırda adambaşına orta hesabla aylıq 5 ton su istifadə olunur. Sudan az istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək. Bu da sosial ədaləti təmin edən yanaşmadır. Məsələn, həyət evləri və bağ evlərində su sərfiyyatı çox olur. Belə evlərdə bir neçə sanitar qovşağı, hovuz, ya da geniş yaşıllıq sahələri olur. Ədalətli yanaşma isə ondan ibarətdir ki, belə evlərdə yaşayanlar daha artıq su istifadəsinə görə daha çox ödəniş etsinlər”.

Həyət evlərində yaşayanların hamısı imkanlı deyil. Suya qənaət vacibdir, amma bu ancaq qiymət artımı ilə mümkündür?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istər diferensiallaşma olsun, istər olmasın, hökumət qiymətləri artırır: “Bu artımın müxtəlif izahları var.

Qiyməti artıran qurumun yaxşı idarəçiliyinə dair birmənalı fikir yoxdur. Əgər hər hansı bir qurum effektiv işləmirsə, korporativ idarəetmə prinsiplərinə əməl etmir, hesabatlı deyilsə və resursların səmərəli idarə olunması istiqamətində ciddi səylər göstərmirsə, onun məhsulunun maya dəyəri və tələb etdiyi qiymət cəmiyyətdə suallar doğurur. Cəmiyyət haqlı olaraq düşünür ki, bu qurumların rəhbərləri milyarder olurlar - bəs bu pullar haradandır? Təbii ki, həmin qurumlar xərcləri şişirtməklə bunu edə bilirlər. Qiymət artımı populist qərar deyil, əksinə, insanların cibindən daha çox vəsait çıxması deməkdir. Dövlət müəssisələrinin rəhbərləri cəmiyyətin gözü qarşısındadır, sonradan onların var-dövlət sahibi olması məlum olur. Bu da məsələnin digər tərəfidir”.

İqtisadçı limitlərin tətbiq olunması haqda da danışıb: “Hazırda suyun qiyməti 30-70 qəpikdir, kanalizasiya xidməti olduqda isə 1 manat təşkil edir. Bəs diferensiallaşdırılmış qiymət artımı nə deməkdir? Bu, aşağı limitdə daha ucuz, yuxarı limitdə isə daha baha qiymətlərin tətbiq edilməsi deməkdir. Hazırda hamı orta qiymət ödəyir. Diferensiallaşma tətbiq olunduqda, aşağı sərfiyyat üçün qiymət daha ucuz, orta sərfiyyat üçün təxminən indiki səviyyədə, yüksək sərfiyyat üçün isə daha baha olmalıdır. Lakin indi elə vəziyyət yaranıb ki, "aşağı qiymət"i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər. Başqa sözlə, qiymət artımı nəzərdə tutulur".

Xalid Kərimli



Xalid Kərimli qeyd edir ki, diferensiallaşma, yəni limitlərin tətbiqi əslində müsbət addımdır:

“Daha çox istifadə edənlərin daha yüksək tarif ödəməsi həm sosial ədalət baxımından doğrudur, həm də qənaətə sövq edir. Deyilə bilər ki, hamının imkanı eyni deyil. Əgər imkan azdırsa, qənaət etmək lazımdır. Limitləşmə insanları qənaətcil olmağa və resurslardan səmərəli istifadəyə təşviq edir. Ən həssas məqam isə limitlərin necə tətbiq ediləcəyidir - aylar üzrə, yoxsa il üzrə? Əgər illik limit tətbiq olunsa, insanlar xərclərini daha yaxşı planlaya biləcəklər. Amma aylıq limit qoyularsa, xüsusilə yay aylarında xərclər daha çox arta bilər. Məsələn, işıq üçün limit aylıq, qaz üçün isə illik müəyyənləşdirilib. Ümumilikdə, diferensiallaşma həm ədalətli, həm də səmərəliliyi artıran, qənaətə təşviq edən proqressiv addımdır”.

Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı deyir ki, suyun uçotdankənar obyektlərə verilməsi, düzgün olmayan idarəetmə nəticəsində dağıdılması, su fondlarının bərabər paylaşdırılmaması, yaşıllıqların suvarılmasında çox ciddi su itkisinə yol verilməsi, bu kimi süni problemlər suyun maya dəyərini artırır: “Müxtəlif bəhanələr gətirirlər ki, əhali sudan qənaətlə istifadə etmir. Amma bu, tamamilə yanlışdır. Heç kəs dəli deyil ki, suyu lüzumsuz yerə istifadə edə və artıq pul ödəyə. Yaxşı olar ki, aidiyyəti qurumlar su itkilərinin qarşısını alsınlar. İndiyə qədər ayrılan milyardlarla vəsaitin hesabatını versinlər. Niyə ölkədə dövlət büdcəsindən, xarici fondlardan ən çox pul alan təşkilat bunlar olduğu halda, bu sahədə vəziyyət daha da pisləşir? Davamlı şəkildə suyun qiyməti bahalaşdırılır. Problem də xalqın boynuna qoyulur.


Faktiki surətdə istənilən formada sübut etmək mümkündür ki, bu qədər itki, bu qədər vəsait vətəndaşların problemi deyil. Əhali onsuz da suyu qənaətlə işlədir. Yaxşı olardı ki, Hesablama Palatası orada audit keçirsin. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər. Ölkədəki astronomik su “itkisinin” qarşısı alınsa, suyun idarəedilməsinə peşəkar yanaşılsa, maya dəyəri dəfələrlə aşağı düşər, hətta içməli suyun qiymətini 2 dəfə ucuzlaşdırmaq mümkündür. Faktiki olaraq qonşu ölkələrdə suyun qiyməti bizdən xeyli ucuzdur. Su sektoruna ayrılan vəsaitlər digər sahələrin hamısından çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər - bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında lazımi tədbirlər görülməyib ki, 21-ci əsrdə Bakıda su qrafiklə verilir. Hələ mən bu suyun həcmindən danışıram, keyfiyyətindən yox. Keyfiyyət tamam ayrı mövzudur və daha böyük problemdir..."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO

Qarsdan Naxçıvana dəmir yolu tikilir - FOTO

İşdən icazə almaq asanlaşacaq

İşdən icazə almaq asanlaşacaq

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

5 il öncə BU GÜN – 11 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə BAŞLANILDI – FOTO/VİDEO

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Noyabrın 12-si ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Aparıcı Zaurun sualı meyxanaçı Samirəni AĞLATDI – VİDEO

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

Qadın yolda yatdı, "ayıq sürücü" pulunu oğurladı

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı Mədəniyyət Nazirliyindən AÇIQLAMA

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı Mədəniyyət Nazirliyindən AÇIQLAMA

"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

"Euronews" Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddan material hazırlayıb - VİDEO

Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

Türkan sakininə 8 mindən çox işıq borcu YAZILIB - “Azərişıq”dan AÇIQLAMA - FOTO

Oğlu Fəzail Ağamalıya mesaj göndərib: "Gəl, oturub danışaq" - MÜSAHİBƏ

Oğlu Fəzail Ağamalıya mesaj göndərib: "Gəl, oturub danışaq" - MÜSAHİBƏ

Qripi 1 günə YOX EDƏN sadə üsul

Qripi 1 günə YOX EDƏN sadə üsul

Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Duzdağ Müalicə Mərkəzinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Millimiz seçmə oyunların hazırlığına başladı - FOTO

Millimiz seçmə oyunların hazırlığına başladı - FOTO

Həyət evi olanlara su pulu ilə bağlı BƏD xəbər

Həyət evi olanlara su pulu ilə bağlı BƏD xəbər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

“Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?

“Trendyol” və “Temu”da qiymət fərqi - Səbəb nədir?

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF

Pakistanda dəhşətli PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Pakistanda dəhşətli PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Yanvarın 1-dən YENİ QADAĞA: Bu lampalar dövriyyədən çıxarılacaq

Yanvarın 1-dən YENİ QADAĞA: Bu lampalar dövriyyədən çıxarılacaq

Axşam geomaqnit qasırğası gözlənilir

Axşam geomaqnit qasırğası gözlənilir

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

Son 10 ilin ən sərt qışı gəlir – Türkiyəli alimdən XƏBƏRDARLIQ

SAF 2025-ə sayılı günlər QALDI – VİDEO

SAF 2025-ə sayılı günlər QALDI – VİDEO

End of content

No more pages to load

RADİO