Qorxu “TERAPİYASI” – Uşaqların bu vəziyyətdən həzz alması NORMALDIR?

“Ata canavar kimi davrananda körpə gülməsi hallarını çox görmüşük. Dəhşət filmlərinə baxan və özlərini yorğanla örtən yeniyetmələri də az izləməmişik. Nəfəs kəsən attraksionlar, qorxunc trendlər... Körpələrdən tutmuş yeniyetmələrə qədər uşaqların niyə həyəcandan bu qədər həzz aldığını anlamaq bir qədər çətindir. Bununla belə elm sübut edib ki, uşaqların 93 faizi həm qorxulu, həm də əyləncəli vəziyyətlərdən həzz alır”.

Bunu Bizim.Media-ya uşaq psixologiyasından danışan psixoloq Gülnar Orucova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azyaşlıların əməyi – “İtirilən uşaqlığ”a görə kim cavabdehdir?


O qeyd edib ki, "qorxulu əyləncə" sosial fəaliyyətdir:

“Kiçik uşaqlar bu anları ən çox valideynləri və ya bacı-qardaşları ilə, yeniyetmələrsə bu qorxunu dostları ilə yaşayırlar. Amma heç nə təsirsiz qalmır. Ortaq qorxu insanları bir-birinə daha da yaxınlaşdırır. Birlikdə güclü emosiyalar yaşadığımız zaman beyin dopamin və oksitosin - sevinc və etibar hormonlarını ifraz edir. Buna görə də, uşaqlar intuitiv olaraq cəmiyyətdə "təhlükəsiz qorxu" axtarırlar. Onlar etibar etməyi, emosiyaları tənzimləməyi və stresslə mübarizə aparmağı öyrənirlər”.

Uşaqların qorxuya nə üçün ehtiyacı var?

Müsahibimiz qeyd edib ki, alimlərin rəyinə görə bu cür qorxu emosional dayanıqlığı öyrətməyin təbii yoludur:

“Bundan başqa, uşaqlar qorxunc olaylardan real təhlükəni xəyali təhlükədən ayırmağı, qorxudan sonra sakitləşməyi, təhlükəsiz mühitdə stresslə mübarizə aparmağı öyrənirlər. Bu, gələcək üçün əsl stress əleyhinə məşqçidir. Belə uşaqlar daha inamlı, çevik və emosiyalarını daha yaxşı idarə edə bilərək böyüyürlər.

Lakin bütün uşaqlar qorxuya eyni şəkildə reaksiya vermir.

Əgər uşaq tez-tez ağlayırsa, müəyyən oyunlardan qaçırsa və ya qorxulu hekayələrdən sonra yata bilmirsə, bu, qorxu səviyyəsinin "xoş həyəcan" həddini aşdığına işarədir. Belə hallarda uşağınızı onu qorxudan situasiyalara məcbur etməyin. Hətta nağıllar və ya cizgi filmləri belə onlarda çox gərginlik yarada bilər. Yaxşı olar ki, belə məqamlarda uşaqla gördüklərini müzakirə edin. Nəyin xəyali, nəyin isə reallıq olduğunu ona başa salın.


Ən əsası, uşağınıza təhlükəsizlik hissi verin. Onları qucaqlayın, danışın ki, o da hər şeyin yaxşı olduğuna əmin olsun. Bununla belə bir az qorxu adrenalindir. Bu, inkişafın bir hissəsidir və uşaqların özlərini, sərhədlərini və duyğularını daha yaxşı başa düşməsinə kömək edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

End of content

No more pages to load

RADİO