“Qızların 9-cu sinifdən çıxarılması erkən nikah riskini artırır” - İcbari təhsil 11 illiklə ƏVƏZLƏNİR?

Azərbaycanda nikah yaşına, yəni 18 yaşa çatmadan evlənənlərin olduğu məlumdur. Qanun bunu qadağan eləsə də, aidiyyəti qurumlar mütəmadi olaraq maarifləndirmə işləri aparsalar da, cərimələr tətbiq edilsə də erkən nikaha cəlb edilmə halları qalmaqdadır. Bundan isə ən çox əziyyət çəkən qızlardır. Aşkarlanan belə halların çoxunda qurban, yəni erkən nikaha təşviq edilən qızlar olurlar.

Bunun bir səbəbi isə qızların doqquzuncu sinifdən çıxarılaraq təhsillərini davam etdirməməsidir.

Yəni uşaqların 9-cu sinifdən çıxması qanunsuz deyil. Çünki Azərbaycanda icbari təhsil 9-cu sinfə qədər davam edir. Yəni qanunvericilik, hər bir vətəndaşı doqquzuncu sinfə qədər təhsil almağa məcbur edir. Heç bir kəs onların təhsil alma hüququnu əlindən ala bilməz. Lakin 9-cu sinifdən sonra vətəndaşların tam, orta ixtisas və peşə təhsil pilləsində təhsil alması onun seçiminə buraxılır. Bəziləri isə bundan sui-istifadə edərək övladlarını məktəbdən ayırıb erkən evlilik və əmək fəaliyyətinə cəlb edirlər.
 

Bəs əgər 14-15 şagird peşə məktəbi və kolleclərdə təhsilini davam etdirmirsə, onun məktəbdən çıxması məhdudlaşdırıla bilərmi? Yəni belə neqativ halların qarşısını almaq məqsədilə istisnaların tətbiqi mümkündürmü?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi icbari təhsilin inkişaf etmiş ölkələrdə də belə qəbul edildiyini deyib:

“İcbari təhsil, ümumiyyətlə, təhsillə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Ümumtəhsil haqqında qanunda da öz əksini tapır ki, təhsil pillələrindən biri ümumi orta təhsildir və biz bunu icbari təhsil olaraq dəyərləndiririk. İcbari təhsil bizdə məktəbəqədər yaşdan başlayır və 15-16 yaşa qədər davam edir.

İcbari təhsildən sonra vətəndaşın öz təhsilini digər pillədə davam etdirmək istəyi onun ixtiyarındadır. Bu, dünyanın əksər ölkələrində belədir. Hətta qabaqcıl inkişaf etmiş ölkələrdə, Finlandiya, Böyük Britaniya və s. kimi ölkələrdə icbari təhsil 4-5 yaşdan başlayır və 14-15 yaşa qədər davam edir. İcbari təhsil bitdikdən sonra bizdəki buraxılış imtahanı kimi orta təhsil haqqında şahadətnamə imtahanı verilir. O şəhadətnaməni əldə etdikdən sonra vətəndaşın təhsilini digər pillədə davam etdirib-etdirməmək istəyinə özü qərar verir”.

O bildirib ki, çox istərdik ki, icbari təhsil ümumi orta təhsillə deyil, tam orta təhsili, 11 illik təhsil bazasını əhatə etsin:

“Amma kimsə 9-cu sinifdən peşə təhsilinə, kimsə orta ixtisas təhsilinə yönəlir deyə, icbari təhsili IX siniflə məhdudlaşdırırıq. Kimlərsə bundan sui-istifadə edə bilər, doqquncu sinfi bitirən kimi kimlərinsə qız uşaqlarını oxumağa qoymadığını, erkən nikaha cəlb edildiyini, oğlan və ya qız uşaqlarını erkən əmək fəaliyyətinə başlanılmasını görürük. Bunun qarşısını hüquq-mühafizə orqanları ala bilirlər.
 

Yaxşı olardı ki, şagirdi təhsil prosesindən yayındırma halları varsa, məktəb rəhbərliyi tərəfindən tabe olduğu quruma və ya aidiyyəyi qurumlara məlumat verilsin. Təhsildən yayındırmaya görə, yayındıran şəxs haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq hüquqi tədbir görülə bilər. Yaxşı olar ki, vətəndaşlar özləri belə halla qarşılaşdıqda aidiyyəyi üzrə məlumat versinlər.


Doqquzuncu sinfi bitirən vətəndaş təhsillə bağlı hansı qərarı verməsindən asılı olmayaraq o qərara hörmətlə yanaşırıq. Hörmətlə yanaşılmayan qərar erkən nikaha və ekən əmək fəaliyyətinə yönləndirmədir ki, buna cəmiyyət də təpki göstərməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

End of content

No more pages to load

RADİO