Gəncədə 16 yaşlı yeniyetməyə bıçaq xəsarəti yetirən şəxs müəyyən olunaraq saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu