Müstəqillik dövrümüzün müqayisəedilməz TARİXİ FAKTLARI

1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü.
 

O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı.


Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy.

Azərbaycan Prezidenti İlham Əliyevin  2021-ci il yanvarın 15-də Şuşada hərbçilərlə görüşdəki çıxışından:

“Bugünkü Azərbaycan reallıqlarını, bir az da əhatəli götürsək Cənubi Qafqaz həqiqətlərini, eləcə də regionumuzda baş verən prosesləri nəzərdən keçirərkən bütün bunların təməlində nələrin durduğu barədə düşünürük. O zaman isə  istər-istəməz dövlət başçımızın siyasi uzaqgörənliyi, sərkərdə kimi məharəti, ordumuzun qüdrəti, xalqımızın əzmi, ölkəmizin təbii sərvətləri göz önünə gəlir. Ancaq o təməllər sırasında daha möhtəşəm bir zirvə dayanır.

Həmin zirvənin adını görkəmli Sovet dövlət və hökumət xadimi Nikolay Baybakov bu şəkildə ifadə etmişdir: “Mən Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir adam tanımıram”.

... Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtdığı günlərlə bugünkü Azərbaycanın siyasi, iqtisadi, ictimai, hərbi, elmi, texniki və ümumiyyətlə, heç bir göstəricisini müqayisə etmək mümkün deyil. Çünki o zaman əhali ancaq gündəlik çörəyin dərdini çəkirdi – bunun səbəbi  ölkəni idarə edənlərin səriştəsizliyi və diletantlığı idi.
 

Xalq ümidsizlik girdabına düşmüşdü – bunun səbəbi yaranmış vəziyyətdən çıxış yolunu tapa biləcək liderin yoxluğu idi. Ölkə vətəndaş müharibəsinin bir addımlığında idi – bunun səbəbi ayrı-ayri siyasi qurumların hamısının  hakimiyyətə gəlməyə çalışması idi. Ordu ərazilərimizin işğalının qarşısını ala bilmirdi – bunun səbəbi silahlı qüvvələrin  vahid mərkəzdən idarə edilməməsi, fərariliyin baş alıb getməsi, hətta, bəzi siyasətçilərin özlərinin hərbi dəstələr saxlaması idi. Heç bir xarici şirkət Azərbaycana investisiya gətirmək istəmirdi.


Çünki xarici ölkə ilə müharibə vəziyyətində olan, daxili münaqişələrdən əziyyət çəkən ölkəyə yatırılan sərmayənin qorunacağına heç bir zəmanət yox idi.

İndi həmin Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etmək istəyən kimsə mütləq öz fikirindən dönəcək. Çünki belə bir müqayisə mümkün deyil.

Yadımdadır, Azərbaycan Prezidenti İlham Əliyev  2011-ci il oktyabrın 17-də  “Buta” sarayında  dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı nitqində demişdi ki, müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü:
 

“Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü  – həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi”.


Bəli, xalqımız, sözün həqiqi mənasında, böyük sınaqla üz-üzə idi. Ancaq həmin ağır vəziyyətdə – 1993-cü ildə ölkədə vəziyyət dözülməz həddə çatandan sonra Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdi. Xalq öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı.

Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının yanında idi.

Azərbaycanlılara qarşı təcavüzdən –  Qanlı 20 Yanvar faciəsindən dərhal sonra o, öz səsini ucaltmışdı.

Bəs bugünkü  Azərbaycanın siyasi, iqtisadi, ictimai mənzərəsi necədir? Bu sualın cavabını Azərbaycan Prezidenti İlham Əliyev ötən il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində  daha geniş şəkildə xarakterizə etmişdir:
 

“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.


Təbii ki, cənab Prezidentin ilk dəfə and içdiyi zaman verdiyi vədlərin arasında ilk yeri   ölkəmizin ərazi bütövlüyünün bərpası tuturdu. Həmin vədin hansı səviyyədə yerinə yetirildiyi barədə artıq dünyanın demək olar ki, bütün tribunalarından danışılıb. Başqa bir vəd məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının təmin edilməsi idi.

Məcburi köçkünlər bu  gün azad Qarabağda yaşayırlar. Xalqımız  və dövlətimiz  ərazi bütövlüyünü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi  üzü ağ, alnı açıq yaşayır, şəhər və kəndlərimizi yenidən qurur.

Yuxarıda qeyd etmişdik ki, xalqımız doxsanıncı illərin əvvəllərində ümidsizlik girdabına düşmüşdü. Dövlət başçımız  andiçmə mərasimindəki çıxışında  xatırlatdı ki,  xalqımız bu gün  böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.
 

Girişdə yada salmışdıq ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıdanadək ordumuzda özbaşınalıq, pərakəndəlik və diletantlıq hökm sürürdü. İndi isə dövlət başçımız Silahlı Qüvvələrimizin maddi-texniki bazasından və şəxsi heyətin peşəkarlığından daim qürurla, ağız dolusu danışır:


“Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim.

Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”.

Bəli, əvvəlcə 34 il əvvəlki Azərbaycanı xatırlayaq, sonra  bugünkü Azərbaycana nəzər salaq.

Görəcəyik ki, uğurlar ölçüyəgəlməz, fərqlər isə müqayisəolunmazdır.

Ən başlıcası, həmin illərdə Azərbaycanın səsini eşidən yox idi. Üstəlik, Azərbaycan  torpaqlarını işğal etmiş Ermənistana hərtərəfli yardım edən ABŞ rəhbərliyi təcavüzə məruz qalmış ölkəmizə  qarşı “907- ci düzəliş” adlı bədnam sanksiya tətbiq etmişdi.
 

Bu gün isə məhz həmin ABŞ-nin ən ali rəhbəri Ağ evdə Azərbaycanın uğurlarını xatırladaraq,  dövlət başçımızı təbrik edir, yada saldığımız mənfur “düzəliş”in aradan qaldırılacağını söyləyir, Prezident İlham Əliyevin böyük lider olduğunu dəfələrlə təkrar edir.


Bax, buna deyərlər o vaxtkı Azərbaycanla bugünkü Azərbaycanın fərqi.

Yolun daim açıq olsun, müasir Azərbaycan! (Mənbə: Xalq qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oynanan kimi bunları edin

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oynanan kimi bunları edin

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının 107 ildə keçdiyi yol - VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının 107 ildə keçdiyi yol - VİDEO

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO - ÖZƏL

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO - ÖZƏL

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO - ÖZƏL

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO - ÖZƏL

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

End of content

No more pages to load

RADİO