Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həmin şəxslərin çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu