Bərdədə ailə faciəsi baş verib.
Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, rayonun Tumas kəndində nənə və nəvəsi dəm qazından boğulub.
Belə ki, 1986-cı il təvəllüdlü Fətəliyeva Aytən Əsgər qızı və onun nəvəsi, 2023-cü il təvəllüdlü Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənərək həyatını itirib.
Şahidlərin sözlərinə görə, hadisə nənə nəvəsini hamamda çimizdirərkən baş verib.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media