Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib - FOTO

Noybarın 8-də Bakıda keçirilən Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş Hərbi paradı izlədikcə bir daha qürur hissləri keçirdik. Düşündük ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu uğur hamımızı sevindirir. Xalqımıza iftixar hissləri yaşadan bu uğurun bünövrəsini Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Ulu Öndərin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev uğurla və ardıcıllıqla davam etdirib.

Bizim.Media xəbər verir ki, müstəqil Azərbaycanın güclü ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə respublikamızda hərbi təhsilin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmışdı.

Cəmşid Naxçıvanski adına hərbi məktəbin keçmiş ittifaq illərində Bakıda açılması Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin nəticəsi idi.

Bu gün inamla deyə bilərik ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasının və formalaşmasının bünövrəsini məhz Ümummilli Liderimiz Heydər Əliyev qoymusdur.
 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Görülən bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu, Silahlı Qüvvələrimizin tərkibindəki bütün qoşunlar yüksək döyüş hazırlığına nail olub.


Buna görə də qarşına qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır. Bunlarla yanaşı, noyabrın 8-də keçirilən Zəfər paradı da göstərdi ki, ordumuzun ən müasir texnika və silahlarla təmin olunması prosesi davamlıdır.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin hərbi sənaye kompleksi də dayanmadan inkişaf edir.

Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir. Bu həm Silahlı Qüvvələrimizin təchizatında böyük rol oynayır, həm də beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır.

Azərbaycan Ordusunun döyüş imkanlarının artırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: ”Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi.

Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.”
 

Böyük Zəfərimizin 5-ci ildönümündə ölkəmizin paytaxtında keçirilən möhtəşəm hərbi paradda qüdrətli Azərbaycan ordusu gücünü, qüdrətini, İkinci Vətən müharibəsindəki rəşadətini, göstərdiyi hünərin qürurunu xalqımıza yenidən yaşatdı.


Bir-birini əvəzləyən hərbi birləşmələr, nümayiş etdirilən İce breaker kimi super sonic raketlər, müxtəlif artilleriya qurğuları, DİTA strateji çəkindirici vasitələrvə sairlər ordumuzregionda sülhün və təhlükəsizliyin zəmanəti olduğunu dünyaya göstərdi. Düşmənlərimiz də Zəfər paradında nümayiş etdirilən bu silahları görür və nəticə çıxarırlar.

Paradda nizamla addımlayan heyətlərin arasında Xüsusi Təyinatlı Qüvvələrin keçidini də qürurla izlədik.

Təbiidir ki, bu yalnız o qüvvələrin bir hissəsi idi. Nümayiş etdirilən müasir aviasiya və hava hücümundan müdafiə sistemləri, uzaq mənzilli raket kompleksləri, yeni yaradılmış hərbi birləşmələr göstərir ki, Silahlı Qüvvələrimiz qüdrətini Vətən müharibəsindən ötən dövrdə daha da artıb.

Sevindirici haldır ki, dünya mediası da Zəfər paradı haqqında xoş sözlər yazıb, Azərbaycan Ordusunun inkişafının, tərəqqisinin göz qarşısında olduğunu vurğulayıb. Bütün bunlar isə olduqca qürurvericidir.

Hərbi paradı izlədikcə ordumuzun yeni yaradılmağa başladığı 1993-cü ildəki dövrünü xatırladıq. İnkişaf və dəyişiklik həqiqətən müqayisəyəgəlməzdir.

Bu mənada Hərbi parad Birinci Vətən müharibəsi ilə Vətən müharibəsinin fərqini gözlər önünə sərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnikaya, ən modern döyüş imkanlarına malik bir hərbi gücdür.

Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizi hətta 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan Ordusunun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, döyüş hazırlığı və təcrübəsi yüksək olan zabit, əsgər həmişə savaşda qalib gəlir, iştirakçısı olduğu əməliyyatlardan qələbə ilə çıxır.

Prezident İlham Əliyev ordumuzun gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışarkən demişdir:

“Əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür.
 

Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə.


Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir.”

Dövlətimizin başçısı Zəfər paradında çıxışı zamanı İkinci Qarabağ müharibəsində qazandığımız uğurlardan bəhs edərkən bildirmişdir ki, 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır:

«Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir.

Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.

Böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən Hərbi paradı xalqımız sevinclə izlədi. Hamımız Silahlı Qüvvələrimizin uğurlarından qürur duyduq, şəhidlərimizi ehtiramla andıq. Bu hələ son deyil, Silahlı Qüvvələrimiz bundan sonra da döyüş imkanlarını artıracaq, öz qüdrəti ilə xalqımızı qürurlandıracaq. (Mənbə: “Azərbaycan” qəzeti)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda iki məhbus edam edildi - Biri qadındır

İranda iki məhbus edam edildi - Biri qadındır

Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO

Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO

Kök şirəsi alimin həyatına son qoydu

Kök şirəsi alimin həyatına son qoydu

Bir daha ölkədə çevriliş olmayacaq - Japarov

Bir daha ölkədə çevriliş olmayacaq - Japarov

İranda məmur rüşvət ittihamı ilə TUTULDU

İranda məmur rüşvət ittihamı ilə TUTULDU

"Sabah" "Kəpəz"i məğlub etdi - VİDEO

"Sabah" "Kəpəz"i məğlub etdi - VİDEO

Rus keşişi qumar oynadığı üçün işdən çıxarıldı

Rus keşişi qumar oynadığı üçün işdən çıxarıldı

“Flamingo” “Tomahawk”dan daha yaxşıdır – “The Independent”

“Flamingo” “Tomahawk”dan daha yaxşıdır – “The Independent”

Daha bir Türk serialı uğursuz oldu

Daha bir Türk serialı uğursuz oldu

Xəzər dənizinin sahilində onlarla ölü suiti tapıldı - FOTO

Xəzər dənizinin sahilində onlarla ölü suiti tapıldı - FOTO

Hakan Fidan sabah ABŞ-a gedəcək

Hakan Fidan sabah ABŞ-a gedəcək

Zəfər Gününə yeni mahnı - VİDEO

Zəfər Gününə yeni mahnı - VİDEO

Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?

Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?

8 aylıq hamilə qadının ölümünə görə mama-ginekoloq həkimlikdən uzaqlaşdırıldı

8 aylıq hamilə qadının ölümünə görə mama-ginekoloq həkimlikdən uzaqlaşdırıldı

Orqan donorluğunda ETİK SƏRHƏDLƏR – Maddi “təşəkkür” edilə bilərmi?

Orqan donorluğunda ETİK SƏRHƏDLƏR – Maddi “təşəkkür” edilə bilərmi?

Vətən müharibəsində iştirak edən oğlundan danışıb kövrəldi - VİDEO

Vətən müharibəsində iştirak edən oğlundan danışıb kövrəldi - VİDEO

İlham Əliyev 8 noyabrda həmin o mesajı verdi - Azərbaycan Ordusu...

İlham Əliyev 8 noyabrda həmin o mesajı verdi - Azərbaycan Ordusu...

Basketbol millimiz Bakıda Türkiyə klubuna UDUZDU

Basketbol millimiz Bakıda Türkiyə klubuna UDUZDU

Sürücülərin nəzərinə: Sabah bəzi yollarda...

Sürücülərin nəzərinə: Sabah bəzi yollarda...

Topa ilk toxunuşu Gəncə terrorunda hər iki valideynini itirən Nilay etdi - VİDEO

Topa ilk toxunuşu Gəncə terrorunda hər iki valideynini itirən Nilay etdi - VİDEO

Siyəzəndə kişi meyiti tapıldı

Siyəzəndə kişi meyiti tapıldı

“Beşiktaş” səfərdə qələbə qazandı - VİDEO

“Beşiktaş” səfərdə qələbə qazandı - VİDEO

Siyəzəndə yeniyetmə TAPILDI - Avqustdan itkin düşmüşdü

Siyəzəndə yeniyetmə TAPILDI - Avqustdan itkin düşmüşdü

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində - FOTO

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində - FOTO

End of content

No more pages to load

RADİO