Üçrəngli Azərbaycan Bayrağı azad səmalarda dalğalandıqca qəlbimizə qürur gətirəcək

Üçrəngli Azərbaycan Bayrağı hər bir soydaşımızın qəlbində qürur, sevinc və vətənpərvərlik duyğuları oyadır. Çünki bu bayraq xalqımızın azadlıq iradəsini, dövlətçiliyimizin əzəmətini və müstəqillik rəmzini ifadə edir. Bu bayraq illər boyu xalqımızın azadlıq mübarizəsində ümid işığı olub. O, gah istiqlal uğrunda mücadilənin simvoluna çevrilib, gah da zəfərlə dolu günlərdə qalibiyyətin nişanəsi kimi dalğalanıb. Yurdumuzun qəhrəman oğulları canını fəda edərək onu həmişə yüksəklərdə dalğalandırıblar.

Noyabrın 9-u Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri - Dövlət Bayrağı Günüdür.

Bizim.Media xəbər verir ki, bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb. Cümhuriyyətin süqutundan sonra onu endirsələr də, bayrağa olan sevgini milyonların ürəyindən çıxara bilmədilər. Endirilən üçrəngli bayraq 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə muxtar respublikanın bayrağı kimi qəbul olunub. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edilib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayraq sanki xalqımızın keçdiyi tarixi yolu öz rənglərində canlandırır: mavi – əsrlərin dərinliyindən gələn türklüyü, qırmızı – müasirliyə, elmə, tərəqqiyə doğru addımları, yaşıl isə mənəvi dünyamıza, İslam mədəniyyətinə sadiqliyi əks etdirir. Bu üç rəng birləşərək bir xalqın ruhunu, əxlaq və mənəviyyatını, saflıq və ülviliyini ifadə edir.

Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağını səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Prezident İlham Əliyev isə ona yüksək dəyər verərək deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Bu bayraq illər boyu xalqımızın azadlıq mübarizəsində ümid işığı olub. O, gah istiqlal uğrunda mücadilənin simvoluna çevrilib, gah da zəfərlə dolu günlərdə qalibiyyətin nişanəsi kimi dalğalanıb. 2020-ci ilin Zəfər günlərində işğaldan azad edilən torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması bir millətin əsrlərlə çəkdiyi həsrətin sonu, müstəqilliyimizin isə möhtəşəm təntənəsi oldu.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 illik həsrətdən sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş yaşayış məntəqələrində ucaldıb. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli Bayrağımızın Şuşada ucaldıldığını bəyan edəndən sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşıb. Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edilməsi Bayraq Günü ilə bir vaxta təsadüf edib.

2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə 23 saat 43 dəqiqədə nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, Azərbaycanın regionda prosesləri diktə edən tərəf, sülh və sabitliyin əsas təminatçısı olduğunu göstərir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar olub.

2023-cü il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaldıb. Həmin tarixi və qürurverici hadisə bütün soydaşlarımızın qəlbində böyük fərəh və sevinc hissi oyadıb. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərə həsr olunan hərbi paradda Dövlət Bayrağının nümayiş etdirilməsi Azərbaycan tarixinin şanlı səhifələrinə əbədi həkk olunub.

Hazırda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, “Böyük Qayıdış” çərçivəsində uğurlu addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış”ın geniş perspektivindən xəbər verir. Artıq Qarabağda və Şərqi Zəngəzurda on minlərlə sakin doğma ev-eşiyinə qayıdaraq məskunlaşıb və onların yurd yerlərinə dönüşü davam edir.

Babalardan bizə miras qalan, şəhid və qazilərin qanlı döyüşlərdən keçirib başımız üstündə ucaltdığı Azərbaycan Bayrağı xalqımızın qəhrəmanlığını dünyaya tanıdır. Bayraq Günü – həm də milli birliyimizin bayramıdır. Bu gün məktəblərdə, meydanlarda, dövlət binalarında üçrəngli bayraqlar dalğalanır, xalqımız bir ürək, nəfəs kimi bu müqəddəs rəmz ətrafında birləşir. Bu, Azərbaycanın keçmişinə hörmət, bu gününə qürur, gələcəyinə isə inam günüdür. Üçrəngli Azərbaycan Bayrağı azad səmalarda dalğalandıqca qanımızı coşduracaq, qəlbimizə qürur, ruhumuza rahatlıq gətirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəkidə cücə sexi YANDI – VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Vatsapa 6 yenilik birdən gəldi

Vatsapa 6 yenilik birdən gəldi

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

İrandan Salala limanına dron hücumu – VİDEO

İrandan Salala limanına dron hücumu – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

End of content

No more pages to load

RADİO