Qaxın Əmbərçay kəndində QIŞ KABUSU – Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir – FOTO

Qax rayonunun Əmbərçay kəndində minə yaxın sakin yaşayır. Ətrafı dağlarla əhatələnən bu kənd saf havası, əsrarəngiz təbiəti ilə seçilsə də, sakinlər illərdir mavi yanacaq çatışmazlığından əziyyət çəkirlər. Bu səbəbdən kənd tədricən boşalır.

Qaxın qazlaşdırılmamış təxminən 35 kəndindən biri olan Əmbərçayda sakinlər bildirirlər ki, yaz-yay aylarını birtəhər yola versələr də, qış mövsümü başlayanda əsas qayğı odun tədarükü olur. 

Bu problemlə bağlı Bizim.Media-nın yerli bürosuna şikayətlənən Musayevlər ailəsi bildirir ki, odun ala bilmək üçün üç ay ərzində sənədləşmə işləri ilə məşğul olublar. Ailədə azyaşlı uşaqlar olduğu üçün evdə bir neçə yerdə odun sobası yandırmaq məcburiyyətindədirlər. Qış bu bölgədə bəzən 7-8 aya qədər davam edir.

Sakin Səhərnaz Musayeva deyir ki, ailədə yeddi nəfərdirlər və  onların üçü azyaşlıdır:

“Evdə üç yerdə odun peçi yandırırıq. Bir balon sıxılmış qazı 25 manata alırıq, o da bizə 10 gün belə çatmır. Ayda üç dəfə qaz balonu almağa məcburuq. Əmək pensiyasının yarısı bu xərclərə gedir. Bəs ailəni necə dolandıraq?” – deyə o narazılığını bildirir.

Ailə başçısı Adil Musayev isə qeyd edir ki, bir maşın odun üçün bir neçə ay sənədləşmə ilə məşğul olub:

“Qışın sərt vaxtı gələndə odun tapmaq daha da çətinləşir. Kənddə hər kəsin 400-500 manat oduna verməyə imkanı yoxdur.”

Sakinlər deyirlər ki, dağlara gedib odun tədarük etmək mümkün deyil, odun almağa isə maddi imkan çatmır.

Kənd sakini Elçin Abdurzayev  isə bir neçə ildir xəstə olduğunu və təqaüd almadığını bildirir:

“Qarşıdan sərt qış gəlir. Həyətimdə ötən ildən qalan çırpı ilə birtəhər keçinirəm. Amma qarşıda bizi nə gözlədiyini bilmirəm”.

Kənd sakinlərinin sözlərinə görə, kəndin sürətlə boşalmasının əsas səbəbi məhz istilik problemidir. Xüsusilə gənc ailələr daha yaxşı şəraitdə yaşamaq ümidi ilə iri şəhərlərə köçürlər.

Abdurəhim Qadaşov deyir ki, vəziyyət getdikcə ağırlaşır:

“Qış gəlib çatıb, imkanım yoxdur, pensiya almıram. İki maşın odun almaq üçün 1000 manat lazımdır. Bu da bizim üçün çox böyük məbləğdir. Kəndin əksər sakinləri payızda Bakıya gedir, yazda qayıdır. Sonra da deyirlər paytaxtda sıxlıq var. Əlbəttə, qaz olsa, kim gedər öz yurdundan?”

Sakinlərin haqlı narazılığını “Azəriqaz” İstehsalat Birliyinə çatdırdıq və məsələ ilə bağlı münasibət öyrəndik.

Qurumdan Bizim.Media-ya bildirilib ki, qazlaşdırma işləri mərhələli şəkildə və daxili imkanlar hesabına həyata keçirilir. Maliyyə vəsaiti ayrıldığı halda növbəti illərdə Əmbərçay kəndinin də qazlaşdırılması planlaşdırılır.

Aparılan araşdırmalar göstərir ki, Şəki–Zaqatala iqtisadi rayonunda qazlaşdırılmamış yaşayış məntəqələrinin sayı hələ də yüksəkdir. Belə ki, Qəbələnin 27, Oğuzun 7, Şəkinin 22, Qaxın isə 35 kəndi hələ də mavi yanacaqla təmin olunmayıb. Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 62 yaşayış məntəqəsindən yalnız 32-si qazlaşdırılıb ki, bu da ümumi sayın cəmi 52 faizini təşkil edir.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oynanan kimi bunları edin

Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oynanan kimi bunları edin

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Zabrat yolunda "BakuBus" batdı – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Azərbaycan-Türkiyə Birgə Media Platforması ilə bağlı Anlaşma Memorandumu İMZALANDI – FOTO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

32 il ərzində kimsəsiz bir adada təkbaşına yaşadı

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

Kürdəmir aramsız yağışlardan sonra... – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının 107 ildə keçdiyi yol - VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının 107 ildə keçdiyi yol - VİDEO

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO - ÖZƏL

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO - ÖZƏL

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO - ÖZƏL

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO - ÖZƏL

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

End of content

No more pages to load

RADİO