Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə TƏHVİL VERİLDİ - FOTO

Noyabrın 6-da “PAŞA Holding” və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb.

Bizim.Media xəbər verir ki, protokola əsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib.

Sənədi “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 m² olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 m²) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.
 

Qeyd edək ki, tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, “PAŞA Holding” üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində “PAŞA Holding” bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.


“PAŞA Holding” 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində Holding bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub.

Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəkidə cücə sexi YANDI – VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Vatsapa 6 yenilik birdən gəldi

Vatsapa 6 yenilik birdən gəldi

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

Bakıdakı yağıntının miqdarı aylıq normadan dörd dəfə ÇOXDUR – RƏSMİ

İrandan Salala limanına dron hücumu – VİDEO

İrandan Salala limanına dron hücumu – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümünə həsr olunmuş VİDEOÇARX

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Ağsuda DƏHŞƏTLİ QƏTL – Qadını öldürüb, meyitini otlaq sahəyə ATDILAR

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Tramp Hörmüz boğazına öz adını verdi – VİDEO

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Dünyanın ən açıq-saçıq geyinən müğənnisi rahibə imiş: Ledi Qaqanın gizlətdiyi SİRLƏR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

End of content

No more pages to load

RADİO