DYP-dən bayram günlərində səfərə çıxan sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsizliklə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-11-ni əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.
 

BDYPİ hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.


Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar, xüsusilə, əyləc sisteminə, şinlərin aşınma dərəcəsinə, işıq cihazlarının və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.

Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun.

Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər.

Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar. Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar. Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar.

Piyadalara da xatırladılır ki, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əksetdirici elementlərə üstünlük versinlər.

Məlumatda vurğulanıb ki, bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq.

“Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır. Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır. BDYPİ bütün hərəkət iştirakçılarına təhlükəsiz və xoş bayram günləri arzulayır”,- deyə məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – VİDEO

SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – VİDEO

Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür: Açıqlama

Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür: Açıqlama

Deputatdan nazirə MÜRACİƏT – “Sənəd 2 min səhifədən çoxdur, dərk etməyə çətinlik çəkirik”

Deputatdan nazirə MÜRACİƏT – “Sənəd 2 min səhifədən çoxdur, dərk etməyə çətinlik çəkirik”

Bakıda 69 yaşlı kişi itkin düşdü – FOTO

Bakıda 69 yaşlı kişi itkin düşdü – FOTO

“Bu heç-heçə qələbə kimi hiss olundu” – FOTO

“Bu heç-heçə qələbə kimi hiss olundu” – FOTO

Pezeşkiandan XƏBƏRDARLIQ – “Yağış yağmasa, əhali Tehrandan təxliyə ediləcək”

Pezeşkiandan XƏBƏRDARLIQ – “Yağış yağmasa, əhali Tehrandan təxliyə ediləcək”

Tural Güləhmədov, Solmaz Həsənova və Elçin Həsənov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tural Güləhmədov, Solmaz Həsənova və Elçin Həsənov yüksək vəzifəyə TƏYİN OLUNDU

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

Siyavuş Novruzovdan bələdiyyələrlə bağlı TƏKLİF

Siyavuş Novruzovdan bələdiyyələrlə bağlı TƏKLİF

Gəncədə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Gəncədə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Zəfər Gününün HAVA PROQNOZU

Zəfər Gününün HAVA PROQNOZU

Təqaüdçülər və şagirdlər üçün ictimai nəqliyyatda güzəştlər parlamentin GÜNDƏMİNDƏ

Təqaüdçülər və şagirdlər üçün ictimai nəqliyyatda güzəştlər parlamentin GÜNDƏMİNDƏ

Bayram günlərində banklar işləyəcək?

Bayram günlərində banklar işləyəcək?

Bu şəxslərə ödənilən müavinət artırıla bilər – YENİ TƏKLİF

Bu şəxslərə ödənilən müavinət artırıla bilər – YENİ TƏKLİF

Baş redaktorun ölümünə diş problemi səbəb olub? – TƏFƏRRÜAT

Baş redaktorun ölümünə diş problemi səbəb olub? – TƏFƏRRÜAT

Türkiyədə 17 hakim və 1 klub rəhbəri HƏBS OLUNDU

Türkiyədə 17 hakim və 1 klub rəhbəri HƏBS OLUNDU

Naxçıvan sakinlərinə ŞAD XƏBƏR!

Naxçıvan sakinlərinə ŞAD XƏBƏR!

Əvvəl ABŞ, indi də Avropa İttifaqı – Qərbin dəstəyini itirən Ukrayna üçün QORXUNC SSENARİ

Əvvəl ABŞ, indi də Avropa İttifaqı – Qərbin dəstəyini itirən Ukrayna üçün QORXUNC SSENARİ

Findley Trampın kabinetində huşunu itirdi – ANBAAN VİDEO

Findley Trampın kabinetində huşunu itirdi – ANBAAN VİDEO

Bakı metrosunda yeni vaqonların xəttə buraxılması intervalı azaldacaq?

Bakı metrosunda yeni vaqonların xəttə buraxılması intervalı azaldacaq?

“Çıraq” platformasından indiyə qədər hasil edilmiş neft və qazın HƏCMİ

“Çıraq” platformasından indiyə qədər hasil edilmiş neft və qazın HƏCMİ

Yaponiyada ayı otelə girib ailəni “girov götürdü”

Yaponiyada ayı otelə girib ailəni “girov götürdü”

Qandonduran CİNAYƏT: İşləməkdən yorulan tibb bacısı 10 xəstənin ölümünə səbəb oldu - VİDEO

Qandonduran CİNAYƏT: İşləməkdən yorulan tibb bacısı 10 xəstənin ölümünə səbəb oldu - VİDEO

"Böyük sənəti var, amma özünü idarə edə bilmir"

"Böyük sənəti var, amma özünü idarə edə bilmir"

End of content

No more pages to load

RADİO