Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTO/VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarixi Zəfər” tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.


Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir.

Qeyd olunub ki, haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır.

AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.
 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.


Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib.

Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla qarşılanıb.

Həmçinin şəhid övladlarından ibarət xor qrupunun “Şəhid övladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiət olunub.

Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən “Yaşa, Azərbaycan!” mahnısı ilə başa çatıb.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

Bakıda 2 rayonun icra başçısı su basmış ərazilərə gəliblər - FOTO

Bakıda 2 rayonun icra başçısı su basmış ərazilərə gəliblər - FOTO

Qızıl yenidən BAHALAŞDI

Qızıl yenidən BAHALAŞDI

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

Bu bürclər emosiyalarını gizlətməkdə ustadırlar – SİRLİ BEŞLİK

End of content

No more pages to load

RADİO