Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA – “Təqsirləri sübut edilib, amma həbs olunmurlar” -VİDEO

Xəbər verildiyi kimi bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı keçirən Şəmkir sakini Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb.
 

Zərərçəkənin ailəsi hadisədə əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. 


“Həkimlərin təqsiri sübuta yetirilib, amma cinayət məsuliyyətinə cəlb olunmurlar” 

Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya açıqlamasında bildirib ki, iş məhkəmədədir və ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib:

“Əməliyyatı icra edən həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva olub.
 

Nigar 6 aydan artıqdır ki, koma vəziyyətindədir. Biz bununla bağlı Nəsimi Rayon Prokurorluğuna müraciət etdik. 6 aydan artıq müddət keçməsinə, cinayət işi başlanmasına baxmayaraq həmin həkimlər cinayət məsuliyyətinə cəlb edilməyib.


Halbuki bu iş üzrə ekspert rəyi var. Ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib”.

Vəkil bu hadisənin həkimlərinin ilk səhlənkarlığı olmadığını deyib:

“Həkimlər bir neçə dəfə bu cür hallara yol verdikləri üçün hazırda həmin klinikada çalışmırlar.

Onlar hazırda başqa xəstəxanada həkimlik fəaliyyətini davam etdirirlər. Bizim ilk tələbimiz şəxslərin yol verdiyi səhlənkarlıqla bağlıdır. İstəyirik ki, şəxslər qanunvericiliyin tələbləri əsasında cinayət məsuliyyətinə cəlb olunsun.

Çünki Nigarın bu vəziyyətə düşməsinə səbəb lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevadır.

Qida qəbul edə bilmir...

Vəkilin sözlərinə görə, hazırda Nigarın müalicəsi ev şəraitində davam etsə də, durumu yaxşı deyil:

“Nigarın vəziyyətində hər hansı bir irəliləyiş yoxdur, o, özündə deyil, qida belə qəbul edə bilmir. Onun müxtəlif qida əvəzediciləri qəbul etməsi həyata keçirilir.
 

Kritik durum davam edir. Xəstəni yaxınları “MedAura” klinikasından sonra “Appro” hospitala, daha sonra isə “Məlhəm” klinikasına aparıblar. Xeyli xərc çəkdikləri və maddi imkanları əl vermədiyi üçün ev şəraitində ambulator qaydada müalicəsini davam etdirirlər.


Bunun üçün də Bakıda kirayə ev tutublar. Qarşı tərəf bu məsuliyyəti dərk edib yaxın dursa, mülki iddia qaydasında vurulan ziyan ödənilər və bununla da  müalicəsini tibbi yolla davam etdirmək mümkünləşər”.

Beyninə oksigen getməyib...

Məsələ ilə bağlı Yaqub Əsədi ilə əlaqə yaratmağa çalışdıq.

Yaqub Əsədinin marketinq işləri ilə məşğul olduğunu bildirən Rəna adlı xanım saytımıza açıqlamasında deyib ki, hadisə əməliyyat zamanı deyil, əməliyyatdan öncə baş verib:

“Yaqub həkim anasının vəziyyəti ilə bağlı irandadır. Qaldı o məsələyə, əməliyyat başlamamış hadisə olub. Bu dönəm ərzində həkim əlindən gələni edib. Onun işi əməliyyat etməkdir.

Əgər beyninə oksigen getməyibsə, burada artıq anestezioloq məsuliyyət daşıyır.

Deyilənə görə anestezioloq diqqət etməyib və xəstənin beyninə oksigen getməyib.

Buna görə də həkim məsuliyyət daşıya bilməz. Yaqub həkimin 22 ilik təcrübəsi var.
 

Bu günə qədər 100 əməliyyatdan 3-4 dənəsində problem yaranıb. Tibbdə 100 % heç nə yoxdur. Hansısa xəstədə mənfi reaksiyalar ola bilər.


Bunu xəstə özü bilərək əməliyyata girir, amma heç bir həkim də istəməz ki belə hal olsun”.

Anestezioloq Cəmilə Əliyeva ilə isə əlaqə yaratmaq mümkün olmayıb.

“Mən gələndə həkimlər göndərilmişdi”

“MedAura”nın baş həkimi Mirəzim Zaidov da məsələ ilə bağlı Bizim.Media-ya danışıb.

O, həmin həkimlərin artıq klinikada çalışmadıqlarını deyib:
 

“Mən bu klinikaya bir neçə aydır təyin olunmuşam. Bu həkimlərlə inanın ki salam-əleykim yoxdur. Mən gələndə bu həkimlər artıq göndərilmişdi.


Hazırda onlar burda çalışmır. Bu iş isə məhkəmədədir”, - deyə baş həkim qeyd edib.



Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

Bakıda 2 rayonun icra başçısı su basmış ərazilərə gəliblər - FOTO

Bakıda 2 rayonun icra başçısı su basmış ərazilərə gəliblər - FOTO

Qızıl yenidən BAHALAŞDI

Qızıl yenidən BAHALAŞDI

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Onların evinə getməyin — Qonaq sevməyən 4 bürc

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Yağış sularına dözümlü MAŞINLAR – Xüsusilə şəhər kənarında yaşayanlar bu avtomobillərə üstünlük verməlidirlər

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Niderland millisi Norveçə belə qalib gəldi – VİDEO

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Uqanda ordusunun komandanı: “Tehranı iki həftəyə ələ keçirərik” – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Sel hadisəsi qeydə alınan çaylar açıqlandı – VİDEO

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

Yağışa düşmüş adama bu içkini QƏTİYYƏN VERMƏYİN!

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

İspaniya klubundan “Qarabağ”ın futbolçusu üçün 12 milyonluq TƏKLİF

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

Süfrələrdən əskik olmayan bu çərəz qəbiristanlıq bitkisiymiş...

End of content

No more pages to load

RADİO