Vətən müharibəsinin xronikası: 7 noyabr –VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Bizim.Media Vətən müharibəsinin 42-ci gününün xronikasını təqdim edir.

• Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabında bildirib.
 

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının 1-ci taborunun bölmələrinin şəxsi heyəti arasında itkilər olub. Düşmən ordusunun D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.


• Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Ermənistan ordusu cəbhənin Ağdam istiqamətində itkilər verib.

• Ermənistan silahlı qüvvələrinin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yaşayış binasının qarajında maşınlar YANDI - Zəhərlənənlər var

Bakıda yaşayış binasının qarajında maşınlar YANDI - Zəhərlənənlər var

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq? – VİDEO

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq? – VİDEO

Paltaryuyanı yalnız bu saatlarda işlədin – XƏBƏRDARLIQ

Paltaryuyanı yalnız bu saatlarda işlədin – XƏBƏRDARLIQ

2025-ci ildə vəfat edən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə vəfat edən MƏŞHURLAR - SİYAHI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi – FOTO

Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi – FOTO

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq dünyasını dəyişdi

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq dünyasını dəyişdi

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ChatGPT ilə kobud danışdıqda nə baş verir?

ChatGPT ilə kobud danışdıqda nə baş verir?

Faizsiz kreditlə premium təmirli mənzil sahibi ol – “City Garden Narimanov”!

Faizsiz kreditlə premium təmirli mənzil sahibi ol – “City Garden Narimanov”!

Yeni dəyişiklik GÜNDƏMDƏ – Məktəbə telefon gətirən şagirdin valideyni cərimələnəcək?

Yeni dəyişiklik GÜNDƏMDƏ – Məktəbə telefon gətirən şagirdin valideyni cərimələnəcək?

Beyləqanda ata 31 min manat aliment borcuna görə HƏBS OLUNDU

Beyləqanda ata 31 min manat aliment borcuna görə HƏBS OLUNDU

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Bu üç içki ömrü uzadır

Bu üç içki ömrü uzadır

"Bilərziyimə 16 min manat vermişəm, o qədər də bahalı deyil"

"Bilərziyimə 16 min manat vermişəm, o qədər də bahalı deyil"

Trampdan TRİPP marşrutu ilə bağlı AÇIQLAMA

Trampdan TRİPP marşrutu ilə bağlı AÇIQLAMA

Masazırda göl qurudulub, yerində evlər tikilir – Təhlükə ilə bağlı HƏYƏCAN TƏBİLİ

Masazırda göl qurudulub, yerində evlər tikilir – Təhlükə ilə bağlı HƏYƏCAN TƏBİLİ

Vətən müharibəsinin xronikası: 7 noyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 7 noyabr –VİDEO

BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

Zaur Nəbioğlu müflis oldu

Zaur Nəbioğlu müflis oldu

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

End of content

No more pages to load

RADİO